Avropa Birliyi (AB) daimi nümayəndələri Komitəsinin üzvləri Birliyin sərhədlərinin iyulun 1-dən 18 ölkənin turistlərinin üzünə açılması barədə layihəni təsdiqləyiblər. Bu barədə «TASS» agentliyi xəbər verib.
Nəqliyyat vasitələrinin hərəkətinin bərpası üzrə birinci mərhələnin siyahısına Balkan ölkələri, Kanada, Cənubi Koreya, Yaponiya və digərlərinin - cəmi 18 ölkənin adı daxildir. Rusiya və ABŞ epidemiya mülahizələrindən dolayı, siyahıda yoxdur.
Xatırladaq ki, koronavirus pandemiyası fonunda cari ilin əvvəindən dünyanın bütün ölkələri virusun yaylması təhlükəsi qarşısında sərhədlərini bağlayıb. Mayın əvvəlindən bir sıra ölkələr məhdudiyyətləri tədricən aradan götürürlər.
AzPolitika.info


Şərhlər