Menu

NATO genişmiqyaslı hərbi təlimlərə başlayıb - Atlantik okeanının şimalında

30.06.2020, 00:20
NATO genişmiqyaslı hərbi təlimlərə başlayıb - Atlantik okeanının şimalında

NATO hərbçiləri Atlantik okeanının şimalında genişmiqyaslı hərbi təlimlərə başlayıblar. «Dynamic Mongoose» adlanan bu təlimlər iyulun 10-a qədər davam edəcək.

Məşqlərdə 6 ölkə iştirak edir - Almaniya, Fransa, Kanada, Norveç, ABŞ və Böyük Britaniya. Beş gəmi, beş sualtı qayıq və bir neçə patrul təyyarəsi hərəkətə gətirilib. Logistik dəstəyi İslandiya göstərir.

NATO-da dəqiqləşdiriblər ki, təlimlərin məqsədi sualtı qayıqlara qarşı döyüş əməliyyatlarının məşq edilməsindən ibarətdir. Sözügedən təlimlər hər il keçirilir. Bundan əvvəl ABŞ HDD-nın admiralı Con Riçardson onları «Rusiyaya dəqiq siqnal» adlandırmışdı.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol