Menu

"Qarabağ"ın rəqibi böyük hesabla uduzdu

06.10.2014, 08:38
"Qarabağ"ın rəqibi böyük hesabla uduzdu

Matsarinin komandası bu dəfə 3:0-lıq acı məğlubiyyətlə üzləşib

İtaliya A Seriyasında 6-cı turun oyunlarına yekun vurulub.

Məlumata görə, son oyun günündə 8 qarşılaşma baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “İnter” səfərdə “Fiorentina” ilə qarşılaşıb. Ötən tur “Kalyari”yə 1:4 hesabı ilə məğlub olan Matsarinin komandası bu dəfə də acı məğlubiyyətlə üzləşib – 3:0.

Günün digər maraqlı oyunu Turində keçirilib. Burada yerli “Yuventus” “Roma”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin qəəbsi ilə yekunlaşıb – 3:2.  /qol.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol