Bakıda koronavirus pandemiyası ilə bağlı qurulmuş postlar iyulun 2-dən yığışdırılıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskanın taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir. Bu məqsədlə polisin və Daxili Qoşunların əsgərlərinin sayı artırılıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “azadliq.org”-a bildirib ki, bu tədbir pandemiyanın yayıldığı ilk dövrdə görülməli idi və o zaman çox effekt verərdi. "Lap əvvəldən karantin tədbirlərinin görülməsi daha əhəmiyyətli olardı. İndi artıq infeksiyanın xeyli yayılması fonunda bu, o qədər də məntiqi görünmür", - deyə A.Qeybulla söyləyib.
O deyir ki, rayonlarla paytaxt Bakı arasında "karantin xətti" olsa da, çox sayda vətəndaş bölgələrdə istirahət və əyləncə mərkəzlərindədir. Professorun fikrincə, bu durumda hökumətin son addımı daha çox daldan atılan daşa bənzəyir: "Artıq böyük yoluxma potensialı var. Bundan sonra inanmıram ki, belə bir addım hansısa effekt verə bilər, xeyli insanlar infeksiyaya yoluxmuş durumdadır".
A.Qeybullanın fikrincə, karantin tədbirlərini sərtləşdirməkdən daha çox, insanları maarifləndirmək yolu tutulmalıdır. Professorun sözlərinə görə, insanlar hər şeydən öncə karantin qaydalarına əməl etməyi vərdişə çevirməlidirlər.

Deputat Sabir Rüstəmxanlı da razılaşır ki, koronavirusla mübarizədə daha çox maarifçilik işi vacibdir və KİV-lərin, sosial medianın imkanlarından daha geniş istifadə olunmalıdır: "Əhali də öz məsuliyyətini artırmalıdır". Deputat şəhər daxilində postların götürülməsini müsbət hal kimi dəyərləndirir: "Şəhər içindəki postlardakı yoxlamalar daha çox nəqliyyatın hərəkətini yubadırdı. Hamı da keçib gedir, saxlanılan olmur, amma vaxt itkisi əmələ gəlirdi".
S.Rüstəmxanlı hesab edir ki, polisin və Daxili Qoşunların əsgərlərinin maska taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarının yerinə yetirilməsi ilə bağlı nəzarət aparması məqbuldur. "Amma düşünürəm ki, maarifləndirmə işi daha öndə olmalıdır, çünki cərimələrlə bu işi həll etmək mümkün görünmür. Cərimə olacaqsa belə, cərimə özü də bir maarifləndirmə rolu daşımalıdır, maliyyə itkisi ehtimalı insanları karantin qaydalarına riayət etməyə sövq etməlidir", - deputat belə deyib .


Şərhlər
Siyavuş Fəzail Fazil milləti maarifləndirir, ....
Koronavirusla mübarizə üçün əsasən iki yol vardır, Biri bu virusu məhv edən dərmanın olması, digəri isə virusun yaşadığı qısa müddət ərzində onun mənfi təsirlərini kəskin azaltmaq. Birinci yol movcud deyil, deməli ikinci yoldan istifadə edilməlidir. Bu məqsəd ücün insanların immun sisteminin gücləndirilməsi məqsədilə bütün variantlardan (Dövlət və Özəl) istifadə etməklə təxirəsalmadan müxtəlif Layihə və Proqramlar hazırlayıb həyata keçirmək lazımdır və hətta zəruridir. Allah özü kömək olsun.
Koronavirusla mübarizə üçün əsasən iki yol vardır, Biri bu virusu məhv edən dərmanın olması, digəri isə virusun yaşadığı qısa müddət ərzində onun mənfi təsirlərini kəskin azaltmaq. Birinci yol movcud deyil, deməli ikinci yoldan istifadə edilməlidir. Bu məqsəd ücün insanların immun sisteminin gücləndirilməsi məqsədilə bütün variantlardan (Dövlət və Özəl) istifadə etməklə təxirəsalmadan müxtəlif Layihə və Proqramlar hazırlayıb həyata keçirmək lazımdır və hətta zəruridir. Allah özü kömək olsun.
Marifşilik üçün savad (girdirmə diplom yox! ) düşünən baş və təcrübə gərəkdir.
Bunu ki edəcək?Yaltaq KİV-lər,yalan yayan Televiziyalar,yoxsa başı rüşvətə qarışmış vəzifəlilər?
Adil Qeybulla bəy,boş yerə əhalni üzərinə cumursunuz.Bütün şatışmamazlığı ölkdəki səhiyyənin tənəzzüllə uğradılmasında,belə vəziyyətə bilərəkdən salındığına baxmayaraq mənasız parçalanaraq bu sahədə iki hakimiyyətlik yaradanıara,xəstəxana və poliklinikalarda dərman təchizatını xüsusi əllərə pul əldə etmək üçün verənlərə,Tibb universitetində təhsil səviyyəsinin aşağılında görməniz daha doğru olardı.
Nəhayət,ağıllı təkliflər ortaya çıxır.Daha Fəzail Ağamalı kimilərin əhalinin məhvinə yönəlmiş çıxışlarına ehtiyac qalmır.Hər kəsin çıxışı onun əxlaqının güzgüsüdür.Parlament deputatlarının çıxışı nədən danışmaları əzbərlətdirilmiş məktəblilərin tədbirinə bənzəməməlidir.Fəzail Ağamalı yolu,artıq özünü doğrultmur.Mənə elə gəlir ki,şəxsiyyəti sınmışlara hakimiyyət də ehtiram göstərmir..