“RAMİZ MEHDİYEVİN ORDA OTURMAĞA HAQQI YOXDUR...” – “Hamı yaxşıdır, Əbülfəs Qarayev pis” yanaşması doğru deyil...”

“Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, döyülüb-söyülən və dilənçi nazirlikdir...”

Mədəniyyət Nazirliyində üzə çıxarılan və hazırda istintaqı aparılan korrupsiya faktları, eləcə də Azərbaycan mədəniyyətinin bugünkü durumu, kino sənayesinin vəziyyəti və digər məsələlərlə bağlı suallarımıza Azərbaycanın Xalq artisti, aktyor və rejissor Şeyx Əbdül Mahmudov cavab verib.

“AzPolitika.info” onunla müsahibəni təqdim edir:

- Əbdül bəy, Mədəniyyət Nazirliyindəki korrupsiya qalmaqalı ölkədə böyük rezonans doğurub. Bir mədəniyyət xadimi olaraq, bu baş verənləri necə qiymətləndirirsiniz?

- Mənim bu məsələ ilə bağlı qəti mövqeyim var. Əvvəla, söhbət Qara Qarayev nəslindən gedir. Əbülfəs Qarayev 100 illərdir ki, Azərbaycanı tanıdan böyük bir nəslin nümayəndəsidir. İkincisi, Əbülfəs Qarayev 18 il nazir işləyib. Onun Mədəniyyət naziri kimi hansı qüsuru var? Təkcə ötən il “Nəsimi İli”ni o səviyyədə keçirməsinin özü çox təqdirəlayiq haldır. Siz də bilirsiniz ki, Əbülfəs Qarayevlə müqayisədə əsl dövləti cinayət edən nazirlər, icra başçıları var. Onlar öz kefindədir. Saxlanılan icra başçılarından tapılan bandrollarla pullar göstərildi. O pulların taleyinin necə olduğu da bilinmədi. Bunu da qoyaq bir kənara.

Hazırda Mədəniyyət Nazirliyi ilə bağlı istintaq gedir. İstintaq gedirsə, deməli, kimin cinayətkar olub-olmadığı hələlik qəti deyil. Onu da qeyd edim ki, Mədəniyyət Nazirliyinin tərkibində pul qazanmaq üçün bu şöbələri yaradan şəxslər yuxarı vəzifələrdə oturublar. Mən ad çəkmək istəmirəm...

Ötən gün yubileyimlə əlaqədar İçərişəhərdə çəkiliş edirdik. Məni və dövlət televiziyasının əməkdaşlarını 3 manat almadan İçərişəhərə buraxmadılar. Hələ İçərişəhərdən çıxanda da dedilər 3 manat verməlisiniz. Kimdir bunu edən, bu pullar yığılıb hara gedir, bunun Mədəniyyət Nazirliyinə aidiyyatı varmı? Belə çıxır ki, İçərişəhərə pulla girənda hava, asvalt xarab olmur, pulsuz girəndə xarab olur? Bu, nə məntiqdir? Əgər dövlət televiziyası, burada doğulan Xalq artisti ora pulsuz gedə bilmirsə, bu nə deməkdir? Bəyəm Mədəniyyət Nazirliyinin bu məsələni həll etməyə gücü çatır ki? Heç buna görə Əbülfəsin fikrini öyrənən də olmayıb. Bir daha xatırladım ki, hər hansı bir şəxs haqqında məhkəmə qərarı olmadan ona cinayətkar demək, onu ləkələmək olmaz.

- Amma nəzərə alın ki, Mədəniyyət Nazirliyində baş verənlərlə bağlı ciddi narazılıqlar var və orada baş verənləri insanlar özləri gördülər...

- Baxın, Əbülfəs Qarayevin yoldaşı böyük Tofiq Kazımovun qızıdır. Azərbaycan teatr mədəniyyəti tarixinin böyük mərhələsinin övladıdır. Babası Azərbaycan klassik poeziyasının nəhənglərindən olan Səməd Mənsurdur. Bu tərəfdən Qara Qarayev, o tərəfdən Tofiq Kazımov və Səməd Mənsur. İndi bunların uşaqları cinayətkar oldu?! Bu, nə dərəcədə ədalətlidir? Bu boyda cinayət edənləri aparıb oturdublar Azərbaycan Milli Elmlər Akademiyasında, bundan danışan yoxdur. Əvəzində düşüblər Əbülfəs Qarayev və xanımının üzərinə. Bura Bakıdır, o adamlar da bakılıdır, Bakı ziyalılarıdır. Əbülfəs indiyə qədər kimə güllə atıb, kimin gözünü vurub çıxarıb ki?

- Siz akademik Ramiz Mehdiyevi nəzərdə tutursunuz?

- Bəli, onu deyirəm. O zaman Mehdiyevin Şah İsmayıl əsəri haqqında danışmışdım, az qaldı məni düşmən elan etsinlər. Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olmağa ixtiyarı yoxdur.

- Niyə?

- Çünki gərək əvvəl bütün baş verən hadisələrə, məsələlərə aydınlıq gətirilsin, bilinsin ki, kim-kimdir. Ondan sonra qərar verilsin. Bəyəm AMEA cərimə batalyonudur? Mən Ramiz Mehdiyevi tanımıram, salam-kəlamım da olmayıb. Əməllərini də hamı bilir. Bunları qoyduq bir kənara.

Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, imkansız, döyülüb-söyülən və üzr istəyirəm, dilənçi nazirlikdir. Baxın, klublar itin günündə, mədəniyyət evləri də o gündə. Kinoteatrlar da həmçinin. Şəhərin mərkəzində 2-3 kinoteatrı özəlləşdirdilər, çoxu oldu kafe-restoran. Şəhərin küçələri hamısı kafe, restoran, bardır, hırraxanadır. Xaricilər kef edir. Bunların hamısı varsa, onda eyibimizə kor olaq. Və heç olmasa, Qara Qarayevin, Səməd Mənsurun, Tofiq Kazımovun nəvələrinə sataşmayaq. Ən azı ona görə ki, sataşanda baxaq görək bizim buna mənəvi haqqımız çatırmı?

- Ramiz Mehdiyevi tənqid etmənizə səbəb nədir? Və sanki onu tənqid etməklə, Əbülfəs Qarayevi haqlı çıxarmaq istəyirsiniz...

- Əgər o, doğrudan da vətənpərvər, milli ruhlu insandırsa, özü vəziyyəti ölçüb-biçməlidir. O mənada ki, yaşının bu vaxtında, bu qədər adına sözlər, tənqidlər deyilir. Cənab Prezident özü də qeyd edib ki, zamanında ona səhv məlumatlar veriblər...

Təsəvvür edin ki, 83 yaşlı bir adam oturub AMEA-nın başında. Hansı ki, bu gün dünyanın taleyi məhz ideoloji mübarizədən keçir. Bu mübarizənin bir tərəfində media, digər tərəfində də elm durur. Deməli, AMEA-nın başında təmiz, milli ruhlu, vətənpərvər, əl-ayağı təmiz, adına heç bir söz deyilməyən adam durmalıdır. Və bütün elm aləmini səfərbər etməlidir. AMEA-nın nəzdində iyirmiyə qədər institut var. Ramiz Mehdiyev bu yaşında gedib onlarla bir-bir tanış ola, hansı institutun missiyasının nədən ibarət olmasıyla, ştatıyla maraqlana bilməz.

Mən onda Ramiz Mehdiyevi alqışlayar, deyərdim ki, bu kişinin ünvanına deyilənlər böhtandır, Ramiz müəllim çıxıb deyərdi ki, cənab Prezident, çox sağ olun, bacardığımı etmişəm, məni yola salın, gedib nəvələrimlə oynayım, təqaüd dövrümü yaşayım, elmi fəaliyyətimi davam etdirim. Baxın, bunlar heç bir halda heç nədən əl çəkmək istəmirlər. Hansı ki, AMEA strateji qurumdur. Bu mənada bir az vətəndaş, ağsaqqal olmaq, vətən və xalq haqqında düşünmək lazımdır. Prezident humanist adamdır. Yaxşı, Prezident öz mədəniyyətini göstərdi, sən də göstər də, Ramiz müəllim! Bəyəm sən bilmirsən ki, AMEA starteji yerdir?

Bütün bunları nəzərə alaraq, belə düşünürəm ki, “hamı yaxşıdır, Əbülfəs Qarayev pisdir” yanaşması doğru deyil.

- Siz bilirdinizmi ki, Mədəniyyət Nazirliyində müəyyən sxemlər qurub pul qazanırlar?

- Allaha and olsun, hesab etmişəm ki, Mədəniyyət Nazirliyində camaat acından ölür. Yazığım gəlib orada işləyənlərə. Hətta onlarla görüşəndə demişəm ki, niyə nazirlikdə oturmusunuz, gəlin kinostudiyada bir filmə direktorluq edin, bədii rəhbər olun və s. O pul yığılan idarə, şöbə nazirliyin tərkibində ayrıca qurum imiş.

- Sizin məntiqinizdən belə çıxır ki, tanınmış nəsli təmsil edənlərin xüsusi imtiyazları olmalıdır və onların korrupsiya əməllərinə göz yumulmalıdır?...

- Yox. Söhbət ondan getmir. Biz hüquqi, demokratik dövlətdə yaşayırıq. Hüquqi dövlətdə əgər məhkəmənin müvafiq qərarı yoxdursa, heç kimi cinayətkar adlandırmaq olmaz. Bunun özü cinayətdir.

- Əbülfəs Qarayevin özünü də istintaqa çağırırlar...

- Normaldır, çağırılmalıdır. Sorğu-suala hər kəs çağırıla bilər. Kinostudiya ilə bağlı çağırsalar, mən də gedərəm.

- Sizcə, niyə kino ictimaiyyəti hər zaman Əbülfəs Qarayevdən narazı qalıb?

- Bilirsinizmi, cənab Prezident kinoya maliyyə ayırırdı. Dünyanın heç bir ölkəsində dövlət kinoya pul ayırmır, əksinə, kinodan milyonlar qazanır. Bizdə bu, rəhmətlik Heydər Əliyevdən qalma ənənə idi və çox sağ olsun ki, Prezident İlham Əliyev də bunu davam etdirərək, kinoya pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə gedir. Mədəniyyət Nazirliyinin isə itə də borcu var. Yəni müxtəlif idarələrə, eləcə də işıq, su, qaz pulu borcu və s. var.

Təbii ki, kinoya ayrılan pul nazirliyin hesabına oturan kimi borc sahibləri pullarını götürürlər və bizə qalır “şax-şaxı”. Yəni qəpik-quruş. Beləcə məcbur oluruq ki, 3-5 minlə işləyək, nəsə edək. Ucuz şorbanın da sözsüz ki, dadı olmur. Allah Heydər Əliyevə qəni-qəni rəhmət etsin, böyük adam idi. O vaxt Şah İsmayılla bağlı kino çəkilişi üçün hazırlıqlara başlayanda bizi yanına dəvət etdi. Dedi, büdcəniz nə qədərdir? Biz də cavab verdik ki, 1 milyon 500 min. Bizə təccüblə baxıb, “Azərbaycan tarixinə belə xidmət edirsiniz” dedi. Sonra bildirdi ki, təcili büdcəni 5 milyon edin, gedin hazırlıq işlərinizi görün, aktyorlarınızı seçin, mən, sizə əlavə maliyyə ayıracağam. O, kinonu bilirdi. Çox yaxşı haldır ki, cənab Prezident İlham Əliyev də bu ənənəni davam etdirir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Araşdırmaçı 2020-07-06 17:14:15

Əbdül, həqiqəti demək vaxtı gəlib.. ? Əbülfəz Qarayev Mədəniyyət İdarələrini pis kökə qoyub,rüşvət yuvasına döndərib. Savadsız,rüşvətxor bir adamı Şəki Regional Mədəniyyət İdarəsinə müdir təyin edib, nəyin xatirinə ? Saadsız ,təhsili olmayan Rəhman adlı korrupsioneri Şəki Regional Mədəniyyət İdarəsinin Həmkarlar Komitəsinin sədri təyin edib, yenədə nəyin xatirinə ? Hansı pulla özünə Rəhman 300 kv.m. sahədə dəbdəbəli ev tikdirib,bahalı mənzil qapıları qoydurubdur ? Qeyd olunanlar araşdırılıb ciddi tədbirər görülməlidir !!!

nihad 2020-07-03 19:18:12

əbdül kişi,sənə konkret sual verilir,deyirsən R.Mehdiyev günahkardır.Axı,malı-mala niyə qatıb şəxsi intiqamını alırsan aktrisa Afaq kimi.Kimin hansı nəsildən olması cinayət və ogurlugu bagışlamaq anlamına gəlmir-xalqın mədəniyyətinə ogurluq qatan adam qazamatda oturmalıdır,vəssalam!

Ziyalı 2020-07-03 17:17:19

"Şeyx"imizə bax da. Elə Eldar Mahmudov, Sonqulu Bağırov da ziyalı ailənin övladları idilər, Avropanın yarısında ""obyektləri var. Mən buradan artırıb Türkiyəyə istirahətə gedə bilmirəm, qarayevin qızı Londonda lövbər salıb.

ilyas.m 2020-07-03 16:25:29

Şeyx Əbdülün bu müsahibəsinin məqsədli və qərəzli olduğu hiss olunur.Özü hüquqi dövlətdə yaşadığımızı qeyd edir məhkəmə qərarı olmadan kimsəni cinayətkar adlandırmağın cinayət olduğunu bildirdiyi halda özü haqqında heç bir rəsmi araşdırma belə aparılmayan Ramiz Mehdiyevi cinayətkar adlandırır.

Eli 2020-07-03 14:38:00

Bir melek olsa da ağılsız beşer yüz illik hörmetden bir günde düşer

Qafar 2020-07-03 13:47:38

Şeyx Əbdülün kino fəaliyyətini araşdıran olsa o da tutlmalı olacaq.Şeyx titulu kömək etməz.

müəllim 2020-07-03 13:05:22

Ramiz Mehdiyev haqqında danışmaga özünü şeyx elan etmiş birisinin haqqı yoxdur. Ramiz Mehdiyev Heydər Əliyevin etimadını qazanmış şəxsiyyətdir.

ANAR 2020-07-03 11:32:35

Mədəniyyət insanlarına böyük hörmətim var. amma öz sahələrindən danışanda. artistin şeyx nəsrullahlıq edib Azərbaycan Dövlətinin quruculuğunda həmişə PREZİDENTİN yanında olmuş və indi də yanında olan Ramiz Mehdiyev haqqında danışmağa haqqı yoxdur ... yeri gələndə heç Əbülfız Qarayevi də müzakirə etməyə haqqı yoxdur. i

ilyas.m 2020-07-03 10:20:05

Şeyx Əbdülün bu müsahibəsinin məqsədli və qərəzli olduğu hiss olunur.Özü hüquqi dövlətdə yaşadığımızı qeyd edir məhkəmə qərarı olmadan kimsəni cinayətkar adlandırmağın cinayət olduğunu bildirdiyi halda özü haqqında heç bir rəsmi araşdırma belə aparılmayan Ramiz Mehdiyevi cinayətkar adlandırır.Bu məntiqlə özü özünü cinayətkar adlandırmış olur.Şeyx Əbdülün əsil qiymətini Flora Kərimova vermişdi"Nə nazirdən qorxacağım var, nə də nazirin böyüyünün böyüyündən..." - ŞOK CAVAB...r.

davud 2020-07-03 09:27:54

Mədəniyyət nazirinin mədəniyyəti çatmadı istefa verməyə.

Başsız Atlılar 2020-07-02 22:57:48

Günahkar sərvətdir ki, 16dan 147$ qaxıb acgözləri xalqdan azdırıb.

Vətəndaş 2020-07-02 22:40:40

- Şeyx Əbdülün sözündən belə çıxır ki, tanınmış şəxsin nümayəndəsi dövlət əmlakını necə gəldi talan edə bilər, hamı onun qanunsuz əməllərinə göz yummalıdır ??? Əbülfəz Qarayev Şəki Mədəniyyət idarəsinə təyin etdiyi kadrdan bəllidir... Orta təhsili olan xanımı Şəki Mədəniyyət İdarəsinə Baş mühasib vəzifəsinə təyin etmişdi.. Mədəniyyət idarəsinin sabiq müdiri Elmira və Baş mühasibi Sevinc dövlət əmlakını talan etdiklərinə görə 8-il həbs olunmuşlar. Bu özbaşnalıqlar Ə, Qarayevin dövründə olmuşdur. Ondan sonrada Şəki Mədəniyyət İdarəsinə görün kimi müdir təyin etdi, nəyin xatirinə ? Həmçinin maliyyə savadı olmayan şəxsi Baş mühasib təyin edib və bu səbəbli Mədəniyyət İdarəsi bərbad vəziyyətdədir....

Amon 2020-07-02 21:48:51

Guya indi buda yerliperestlik eliyir

Ali 2020-07-02 19:40:26

Əbdül kişi, Azpolitikada dərc olunmuş "QARAYEV İSTİNTAQA ÇAĞIRILIB - Sabiq nazirdən biznes imperiyası ilə bağlı izahat alınıb" məqaləsini oxu və sualıma cavab ver. bu mədəni nəsldən olan və mədəni nəslin qızını almış şəxs Azərbaycanın mədəniyyətini zibil gününə saldığı halda niyə onun qanundankənar şəxsi biznesi bu məqalədə göründüyü kimi qızılgül bağı kimi çiçək açıb? Bu biznesdən sənə faiz düşübmü? Bəs niyə bu korrupsionerə belə cidi-cəhdlə vəkillik edirsən? Ayıb deyilmi?

Ali 2020-07-02 19:32:12

Əbdül kişi yazır "Mənim bu məsələ ilə bağlı qəti mövqeyim var. Əvvəla, söhbət Qara Qarayev nəslindən gedir. Əbülfəs Qarayev 100 illərdir ki, Azərbaycanı tanıdan böyük bir nəslin nümayəndəsidir" Üstəlik arvadı da filan rejissorun qızıdır. Deməli buna görə ölkənin mədəniyyətinin içərisinə sirkəli sarımsaq tökmək, korrupsiya ilə intensiv şəkildə məşğulolmaq halaldır və doğrudur? Özünüzə olan hörməti yox etdiniz. ay ruşvətxorluq vəkili!

Ali 2020-07-02 19:24:06

Ay ağsaqqal, kim kimin oğludur, kim kimin qızıdır amilinin yarıtmaz işə, korrupsiyaya nə dəxli var? Belə bel dəsməllamaq sizin özünüzü cəmiyyətə təqdim etdiyiniz "ədalət tərəfdarı" stausuna yox, rüşvətdən qaralmış sifətləri təmənnasız yuyan statusuna uyğungəlir. Sonra əgər digər nazirlikklərədə korrupsiyanın miqyası yüz milyonlarla, çədəniyyət nazirliyində on milyonlarladırsa, bu Qarayevin məsum bir körpə olması deməkdir. Haramın miqyası onun bağışlanması üçün əsas ola bilməz.Heyf sizdən!

ejder 2020-07-02 18:50:50

RAMIZ MEHDIYEV ANALOQU OLMAYAN ,,AKADEMIKDI.ILDE SEKSEN KITAF YAZER,HERESI BEW YUZ SEYIFELIK,,GINNESIN,,REKORDLAR KITAFINA LAYIQDI...

Şaiq 2020-07-02 18:43:18

Əbdül müəllim, Ramız Mehdiyev o vəzifəyə təyin olunanda nıyə irad bildirmədiniz ? Qarayev və ya Kazımovlarla qohumluq cinayətə qarşı immunitet deyil. Cinayəti sübut olunarsa həbs olunacaq.

[email protected] 2020-07-02 18:34:02

Problem R.Mehdiyevdə və Ə.Qarayevdə deyildir.Problem ondadir ki ölkənin idarəetmə sistemi iflic vəziyətindədir.

A.N.Ş.Qarahun 2020-07-02 18:30:54

İndiyə qədər Şeyx Əbdül deyirdim. İndi əbdül deyirəm. Ağsaqqal vaxtında özün özünü if.a edirsən. Şah İsmayıl fiminə ayrılan pulları kim yedi. fılm necə oldu. Özün müdafiə edirsən özün də deyirsən klubları kinoteatrları satıb. bir araşdır gör bu18 ildə neçə dənə tarixi abidə bərpa olub. çıraqqalaya 3 milyon ayrılıb hamısını yeyiblər (faktdır)

Hacı,"Şeyx" Əbdülə 2020-07-02 18:18:02

Hacı Əbdül ad çəkmir Zərbaycan mədəniyyətini,musiqisini incəsənətini 18 il səhlənkarlıqla korlayan Əbülfəzi müdafiəyə qalxır.,bəzilərinə yaltaqlıq göstərir,digərlərinin adını çəkməkdən qorxur.Beləmi Hacılıq olur?,Ab

Bayram Əsədov 2020-07-02 17:34:58

Əbülfəs Qarayevin sənin "müdafiənə "ehtiyacı olmadığı kimi, Ramiz Mehdiyev də sənin bu "qəhrəmanlığını" artistlik kimi qiymətləndirir.

Ağayev Ağahüseyn 2020-07-02 17:31:01

Hacı salam Mədəniyyət nazirliyi yox ĞÖDƏNİYYƏT nazirliyi imiş ora.İndiki RİH-i iylə NAZİRLİKLƏR arasında yarışma ğedir kim cox oqurlayacaq.Hansı naziri İB-sını qaldırırsan altından preslə DOLLAR CIXIR.SİZİN başınıza nə oyun acdı ZIRRAMA hacıbala.Yadından cıxıb.OQRUNUN nəsili olmur ŞEYX.Haramzada elə belə olur.

Əli 2020-07-02 17:09:20

Ey Əbdül Mahmudov, Mədəniyyət nazirliyinin səviyyəsini sənin kimi adamlar aşağı salıblar da... Sən özünü cənab Prezidentdən ağıllı sayırsan? Akademik Ramiz Mehtiyev 40 ildən çox Azərbaycanda rəhbər vəzifələrdə işləyib, bilavasitə respublikanı idarə eliyən şəxslərdən biri olub. O, AMEA-nın fəaliyyətıni ən yüksək səviyyəyə qaldıracaq və sən bunun şahidi olacaqsan. Ramiz Mehdiyev Azərbaycanın siyasi tarıxındə iz qoymuş bir Şəxsiyyətdir. Bunu xalqımız bilir sənin onu müzakirə etməyə haqqın çatmır. Umummilli liderımız Heydər Əliyev və Prezident İlham əliyev R.Mehtiyevə layiqincə qiymət veriblər. Sən narahat olma.

Feyzullayev 2020-07-02 17:05:10

Əbülfz Qarayevi,nun fəaliyyətini tərifləməyin yeri yoxdur.Onun idarəçiliyi dövründə Azərbaycan Mədəniyyət və İncəsənətinə baxımsızlıq,etinasızlıq və səhlənkarlıq kifayət qədərdir.Niyə bu 30 ildə Azərbaycanda bir nəfər də olsun dünya miqyasında tanınılan sənətkar ortaya çıxmaylb?Niyə Azərbaycan xalq musiqisi bayağı musiqilərlə əvəzlənuib? Niyə incəsənət nümunələri göz oxşamır? Bax,bu suallar hamını maraqlandırır.Yaxşı olar ki,özümüz özümüzdən danışaq.Keçmişləri bayraq etməyək.Çünki bunlar Əbülfəz Qaraevin məhsulu olmayıb.O ki, qaldı digər məsələlərə,hər birinin zamanı gələcək.sl

Əli 2020-07-02 16:50:19

Ey Əbdül Mahmudov s

t.ədalət 2020-07-02 16:36:24

Şeyx Əbdülün bir fikri ilə razılaşmaq olar ki,Qarayevlər nəsli tanınmış nəsildir.Poeziya,musiqi və tibb sahəsində gözəl mütəxəssisləri var.Ancaq Əbülfəs Qarayevin bir Azərbaycan təəssübkeşi olduğuna inanmıram.O,bir rusist və müstəqilliyimizə russayağı baxandır.Amma oğru məmur olduğuna inanmıram.

Gündüz 2020-07-02 16:35:42

Mənim Əbülfəz Qarayevin fəaliyyəti ilə bağlı hər hansı şərh vermək fikrim yoxdur. Amma adını Şeyx Əbdül qoymuş bu adam kimilər Azərbaycan kinosunu bu günə qoyub indi də ona verilən sualları bir tərəfə qoyub Ramiz Mehtiyev haqqında danışır. Sənin R.Mehtiyev haqqında danışmağa nə səviyyən nə də ixtiyarın çatar.

Son yazılar