Sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Operativ Qərargahdan verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)
ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)
yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)


Şərhlər
Bizim axırımız necə olacaq? Bizi məhv edirlər. Bu milləti sındırmaqdır. Bizim hissiyatımızı yoxlayırlar ki görsünlər nəyə qadirik biz.
Bu shounu bitirmek lazimdir, her shey vaxtinda olmali idi, artiq qatar gedib, indi hami yoluxub prizmasi ile yanashmaq lazimdir. Insanlara basha salmaq lazimdir ki, profilaktik ne etsinler, butun apteklerde antiviral cve immun mohkemlendirici dermanlar olmalidir. En vacib dermanlarin qiymetleri 3 ayliq ashagi salinmalidir. Ciddi nezaret, maska, sosial mesafe ve s riayet olunmalidir. Hansisa reqionlarda insanlar kef edir, yay kechirdir, diger reqionlarda insanlar evlere qapadilir, bu hansi konstitusiya haqlarina uygundur. Karantin, filan bosh sheydir. Vaxtinda prof tedbirler, temiz hava, deniz, el chatan dava-derman. Bashqa yolu yoxdur. Karantin menasiz bir oyundur, butun dunya bunu basha dushdu. Teessuf ki, qerarlari hekimler yox, kreslolara yapishmish, tibbden bixeber adamlar, memurlar verir. Qerarlari i. Bu qerarlarin neticesi acinacaqli olacaq. Yayda qapadilmish insanlar payiz dalgasinin qarshisinda acis qalacaqlar. Bunun cavabini kim verecek?
Əla ....əhsən...qaydalara əməl etsək hər şey düzələcək..
ermənilər ərazilərimizdə əməliyyat keçirməklə,sərhədlərimizi atəşə tutmaqla məşğul olur,biz də yoluxmanı sürətləndirən karantin rejimi ilə.