Sarkisyan ümumerməni mitinqi ərəfəsində öz sıralarını genişləndirir
Oktyabrın 10-da Ermənistanda planlaşdırırılan ümumerməni etiraz mitinqləri ərəfəsində Serj Sarkisyan hüququ mühafizə orqanlarının cərgələrini tərəfdaşları ilə gücləndirir. Polis idarəsinin rəisinin işdən çıxarılan iki müavinin yerinə yeniləri təyin edilib. Görünür ölkə başçısı köhnə müavinlərin etibarına bir o qədərdə inanmayıb.
Ümumerməni etiraz aksiyaları 4 parlament partiyası tərəfindən təşkil edilir. Əsas tələblərdən biri- ölkə hakimiyyətinin dəyişdirilməsidir.
Brifinqində "xalq Serj Sarkisyanın istefasını istəyirmi?" sualına cavabında deputat Mikael Melkumyan deyib ki, bu məsələ ilə bağlı vahid fikir olmalıdır. Bu və ya digər partiyanın istəyi yox.
"S.Sarkisyan və Ovik Abramyan öz komandaları ilə elə işlər edirlər ki, xalq onların getməsini istəsin". Bunu isə digər deputat Aram Manukyan deyib.
Onun sözlərinə görə, Sarkisyanın taleyi heç kimi maraqlandırmır. "Qoy o getsin və ölkəni normal seçkilər keçirəcək vətəndaşlara qoysun. Biz çox ümid edirik ki, prezident ağıllanacaq və istefanın vacibliyini dərk edəcək".


Şərhlər