“BELARUSUN SABİTLİYİNİ SİLKƏLƏYƏ BİLMƏZSİNİZ...”- Lukaşenko yenə Moskvaya işarə etdi

Belarusda avqustun 9-da keçiriləcək prezident seçkisi yaxınlaşdıqca, Prezident Aleksandr Lukaşenkonun bəyanatları daha da kəskinləşir. AzPolitika.info” xəbər verir ki, Belarus və Rusiya mətbuatında prezidentin mütəmadi olaraq rəsmi Moskvanın ünvanına üstüörtülü, bəzən isə açıq ittihamlarına yer verilir.

Bu dəfə ölkəsinin müstəqillik günü ilə bağlı çıxış edən Lukaşenko Belarusu real təhlükələr gözlədiyini bildirərək, Rusiyaya eyham vurub. Prezident vətəndaşları öz ölkələrinin müstəqilliyini qorumağa çağırıb:Heç kim kənardan Belarusun sabitliyini, müstəqilliyini silkələyə bilməz. Bizim gələcəyimiz yalnız özümüzdən asılıdır. Yer üzündə yalnız biz öz xalqımızın taleyini müəyyən edə bilərik...”

Bundan az öncə isə Belarus lideri paytaxt Minsk şəhəri aktivi ilə keçirilən qapalı görüşdə bildirib ki, xarici qüvvələr ölkədə inqilab törətmək və ölkə sərhədlərini 1921-ci ildəki vəziyyətə qaytarmaq istəyir.

Lukaşenko bu zaman rəsmi Moskvaya işarə vuraraq, xüsusi qeyd edib ki, Rusiya mətbu oorqanları və “Telegram” kanalları Belarus hakimiyyətini gözdən salmaq məqsədilə yalan təbliğat aparırlar.

Xatırladaq ki, A.Lukaşenko avqustun 9-da keçiriləcək seçkidə artıq 6-cı dəfə prezidentlik iddiasını ortaya qoyacaq. Onun buna nail olmasına əngəl yaratmağa çalışan əsas güc isə Rusiyadakı Putin hakimiyyəti sayılır.

Tahir

“AzPolitika.info”  

635x100

Şərhlər

Əli 2020-07-03 17:32:45

rus ordusunun qabağında Belorus neynəyə bilər axı?

Son yazılar