Menu

Ukrayna Qara dənizdə Neptun raketləri yerləşdirəcək - Hədəf Krım körpüsüdür

06.07.2020, 13:15
Ukrayna Qara dənizdə Neptun raketləri yerləşdirəcək - Hədəf Krım körpüsüdür

Ukrayna hərbi-dəniz qüvvələri (HDQ) 2021-ci ildə silahlanmaya «Neptun» qanadlı raketləri qəbul etməyi və onların 3 divizionunu Qara və Azov dənizlərində yerləşdirməyi planlayır.

Bu barədə HDQ-nin komandanı Aleksey Neijpapa bildirib («Azadlıq Radiosu»).

O, dəqiqləşdirib ki, divizionlardan biri Azov dənizində, ikisi isə Qara dənizdə yerləşdiriləcək. Neijpapanın sözlərinə görə, raket kompleksinin sınaqları göstərib ki, raketlər bir neçə hədəfi eyni vaxtda məhv edə bilir. Komandan həm də Rusiyanı Ukraynanın «başlıca düşməni» adlandırıb və bildirib ki, Moskva tərəfindən tammiqyaslı təcavüz 2014-cü ildən üzübəri aktualdır.

Bundan əvvəl milli müdafə bürosunun başçısı Aleksandr Turçinov qeyd edib ki, «Neptun» raketləri Krım körpüsünü «bir dəqiqənin içərisində» havaya sovura bilər.

AzPolitika.info

Şərhlər

BAKILI 2020-07-06 13:34:47

Millet bele olar yoxsa men seni sevecem sen meni sevmesende

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol