Menu

“Palitra” qəzeti fəaliyyətini dayandırıb

07.07.2020, 10:35
“Palitra” qəzeti fəaliyyətini dayandırıb

“Palitra” qəzeti avqustun 1-nə kimi fəaliyyətinə ara verib.

Bu barədə “Report”a qəzetin baş redaktoru Esmira Balayqızı məlumat verib.

O bildirib ki, qəzet həmin müddətdə ancaq onlayn işləyəcək. Çap variantı olmayacaq:

"Digər məsələlərə rəhbərlik qərar verəcək. Həm də bizim əməkdaşlardan biri xəstələnmişdi. Redaksiyada dezinfeksiya işləri aparıldı. Bu səbəbdən ora yığışmırıq".

Qeyd edək ki, “Palitra” 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol