“RAMİZ MEHDİYEV ÖZÜNƏ PARTİYA QURMAQ İSTƏYİRDİ...” – “Dedi ki, bizi dinləyirlər, etibarlı bir yer tap...”

“Vəzirov Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”

YAP-ın qurucularından biri, sabiq deputat Maksim Musayev Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında maraqlı fikirlər səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, M.Musayev “Moderator.az”-da dərc olunan müsahibəsində R.Mehdiyevin Heydər Əliyevin hakimiyyətə gəlməsinin və YAP-ın yaradılmasının əleyhinə olduğunu iddia edib. Həmin müsahibəni təqdim edirik:

- Maksim müəllim, sizin akademik Ramiz Mehdiyev haqqında mediaya son açıqlamalarınız cəmiyyətdə çox həssaslıqla qarşılanıb. Və hamıda təbii sual yaranır: nədən vaxtilə həm sovet dövründə, həm də ondan sonrakı dönəmdə Heydər Əliyevin ən yaxın silahdaşlarından və hakimiyyətin ideoloqlarından sayılan bu şəxs haqqında YAP-ın sizin kimi qurucuları mənfi fikirlər səsləndirməyə başlayıblar?

- Məndə onun haqqında informasiyalar çoxdur… Bu məlumatı ilk dəfə sizin sayta açıqlayıram: Cəmiyyət bunu da bilməlidir ki, Ramiz Mehdiyev vaxtilə Yeni Azərbaycan Partiyasının yaradılmasının əleyhinə olub... 

1992-ci ilin iyun ayı idi. O dövrdə, səhv etmirəmsə, Elmlər Akademiyasında şöbə müdiri işləyən Ramiz Mehdiyev ilk özəklərini yaratmağa çalışdığımız Yeni Azərbaycan Partiyasına qoşulmaqdan imtina edirdi. Özü də elə ilk günlərdən biz həmin partiyanın lideri kimi Heydər Əliyevi görmək istəyirdik. Təşəbbüs qrupu mənim Ramiz Mehdiyevlə görüşüb söhbət etməyimi məsləhət gördü. Çünki mən onunla Azərbaycan komsomolu və partiyanın mərkəzi komitəsində birgə işləmişdik... İki dəfə onunla görüşüb söhbət etsəm də, o, YAP-ın təəssübkeşi olmağa razılıq vermədi. Sözün düzü, nə “hə” dedi, nə “yox”. Çünki özü partiya yaratmağa çalışırdı, amma alınmırdı. Bizim təbliğ etdiyimiz, tanıdığım iki nəfəri də cəlb etmişdi. Bu yaxınlarda, artıq Ramiz Mehdiyev vəzifəsindən azad olunandan sonra həmin adamlardan biri məndən soruşdu ki, onunla partiya yaratmaq istədiyimi kiməsə deməmisən?...

- Partiyasının adını nə qoymuşdu?...

- Hələ heç bir ad qoymamışdı... Çünki nə qədər əlləşsə də, ətrafına heç 5-10 sanballı adam toplaya bilməmişdi. Açığını desək, həmin vaxt təşəbbüs qrupunu yaratmaq bizim üçün də çətin oldu. Amma sonda o vaxtkı qanunlara uyğun olaraq, 1000 nəfərdən ibarət təşəbbüs qrupu yarada bildik...

Deməli, biz təşəbbüs qrupuna cəlb etmək üçün fərdi qaydada hər birimiz bir neçə nəfərlə söhbət edirdik. Ertəsi gün məlum olurdu ki, həmin adamlardan biri gəlmir. Soruşurdun ki, niyə gəlmirsən, cavab verirdi ki, fikrimi dəyişdim, başqa bir partiya var, onunla işləyəcəm. Axırda məlum olurdu ki, söhbət Ramiz Mehdiyevin qurmaq istədiyi partiyadan gedir...

- Yəni o, başqa vasitələrlə də YAP-ın yaranmasına mane olmağa çalışırdı?

- Xeyr, başqa cür maneə yaratmağa cəsarət etmədi. Onu deyim ki, Ramiz Mehdiyev mənimlə görüşməyə də ehtiyat edirdi. O vaxt mən zəng edəndə dedi ki, təhlükəsizlik qurumları bizi kabinetdə də, telefon vasitəsilə də dinləyirlər – başqa bir etibarlı yer tap, orada görüşək. Mən də məcbur olub onu apardım “8-ci kilometr”də yaşayan bir qohumumun evinə. Bunları rəhmətlik Sirus Təbrizliyə danışırdım, o qədər gülürdü... Di gəl ki, vəzifəyə gəldikdən sonra R.Mehdiyevin hökmü çox böyük idi. Elə hallar olurdu ki, onu aşağılar da, yuxarılar da canla-başla eşidirdi. Onun sinəsinə ki, o xarici ölkənin ordeni vuruldu, ondan sonra belə nüfuza yiyələndi. Hələ əvvəlki açıqlamamda mən R.Mehdiyev haqqında çox şeyləri demədim. Yalnız onu komsomola təqdim edənin soyadını dedim. Bu da çox şeyi aşkarlayır...

Mənə çox təşəkkür zəngləri olur. Ramiz Mehdiyevin “vurduğu” o qədər adamlar var ki, belə yazıları oxuyanda ürəklərindən tikan çıxır...

- Yeri gəlmişkən, YAP-ın ən fəal qurucularından biri olan Sirus Təbrizli sağ olsaydı, Sizcə, Ramiz Mehdiyev haqda nələr deyərdi?

- Sirus... Əşşi, nələr deməzdi... Vəzifədə ola-ola Sirus ona lağ edirdi, istehza edirdi. Hələ bir neçə dəfə onu qınayırdım ki, a kişi, daha bu dərəcədə də lazım deyil. O da məni eşidib, bir az “tormoz”u basırdı. Onu deyim ki, Sirus bizdən də ayıq və məlumatlı idi. Çünki həm YAP-da müavin idi, həm də Prezidentin – Heydər Əliyevin yannda tez-tez olurdu, Prezident onu ləngitmədən qəbul edirdi. Odur ki, ölkədəki, dövlət, hökumət içindəki situasiyadan kifayət qədər xəbərdar idi. Hələ bircə dəfə də görmədim ki, rəhmətlik Sirus Ramiz Mehdiyev haqda nəsə müsbət bir fikir söyləsin. Amma düzü, aralarında nə, hansı haqq-hesab olub-olmadığını da bilmirdim...

- Deyə bilərsinizmi, “91”-lərdən konkret kimləri vurmuşdu Ramiz Mehdiyev?

- O, demək olar ki, bütövlükdə YAP-ı “vurdu”, onun ideya və prinsiplərini alt-üst elədi. Onun o qədər incə və həssas “mübarizə” metodikası vardı ki, bunu hər adam anlamazdı. Və onun iç üzünü açmaq da çox çətindir...

- Sizin dediklərinizdən həm də belə çıxır ki, Ramiz Mehdiyev partiya yaratmaq istəyirdisə, deməli, Azərbaycanda özü birbaşa hakimiyyətə gəlmək niyyəti güdürdü…

- Bilirsiniz, o, bunu istəsə də, bunun üçün potensialı, qabiliyyəti yox idi. O, düzgün nitq qabiliyyətinə də malik deyil. Onun müəyyən qədər yazmaq qabiliyyəti olsa da, səlis danışıq qabiliyyəti yoxdur. Yazmağını da o vaxtdan bilirəm ki, hələ Vəzirovun dövründə Heydər Əliyevin əleyhinə yazdığı materialları görmüşəm. O zaman Vəzirov məni də kabinetinə çağırıb belə yazılar yazmağa məcbur etmək istəyirdi. Lakin qəti şəkildə imtina edəndə, o vaxt məşhur rəhbər işçilərdən olan İsa Məmmədovla yanaşı, Ramiz Mehdiyevin də Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu. Vəzirov dedi ki, sən nə “partizanlıq” edirsən, görürsən bunlar necə yazır, sən niyə yazmırsan?

Eyni zamanda, 1987-ci ildə Heydər Əliyev partiyanın Siyasi Bürosundan çıxarılandan sonra keçirilmiş plenumda Ramiz Mehdiyevin onun əleyhinə çıxışı da çoxlarının yadındadır. Lazım olsa, onu arxivdən çıxarmaq da olar...

635x100

Şərhlər

MAKSİM MUSAYEVƏ 2020-07-12 23:21:35

AY MAKSİM MUSAYEV SƏN DANIŞMA HEÇ OLMASA.ARVADIN ROZA ERMƏNİDİR.20 SAYLI UŞAQ POLİKLİNİKASINDAN ERMƏNİ OLDUĞUNA GÖRƏ QOVDULAR.YADINDADİR DA QAXDAN SƏNİ NƏ VƏZİYYƏTDƏ QOVDULAR.SƏNİN VASİTƏNLƏ AZƏR KƏRİMLİ QAXA DEPUTAT TƏYİN OLUNDU.ADAM KİŞİ OLAR SAKİT DUR HEÇ OLMASA.

HeydərƏliyevçi 2020-07-09 03:43:11

Maksim müəllimin dedikləri hamısı həqiqətdir və doğru faktlardır. ...

Eli 2020-07-08 20:29:39

Vezirovun kim olduğunu hamı bilir ancaq meqale müellifi ve onun vezife dostları Eliyevin hesabına bezife görenlerin demek olar ki,90%-den çoxu ona xeyanet etdiler Eliyev bunu çox gözel bilirdi ve kimden nece isfifade etmekfe usta idi Ona göre bunlardan üzün müddet istifade elemedi çünki son nöqte qoyulmuşdu Bunlar kime istesen qulluq edaetler teki vezife oşsın birde xalqa yox onun düşmenlerine csn başla qulluq ederler Me ise

Anar 2020-07-08 17:37:25

... heç olmaya möhtərəm prezidentin R.Mehdiyev haqqında söylədiyi yüksək fikirlərə, fəaliyyətini ali ordenlə qiymətləndirdiyini nəzərə alıb maksim və alqış bu cur hədyanlar danışmaqdan utansınsar. Heç olmaya YAP-çı olaraq.

Anar 2020-07-08 17:17:57

...yaşına başına necə sığışdırıb ölkə başçısı tərəfindən fəaliyyətinə yüksəl qiymət verilən, ən ali ordenlə təltif olunan ulu öndərin və prrzidentin böyük rəğbət bəslədiyi müasir Azərbaycanın körkəmli dövlət xadimi barəsində ağzına gələn yalanları danışırsan?! Heç utanırsan?

ejder 2020-07-08 14:05:51

AYE, NE GUNDEYIK. RIYAKAR,, AQSAQQAL,, AKADEMIKLER,,BELELERI ILE ANALOQU OLMAYAN INKIWAF ETMIWIK.HA HA HA

Gündüz 2020-07-08 00:21:32

Anar sən düz deyirsən bu adam qapı qapı gəzib söz gəzdirib. Nəyə görə bir dəfə də olsun Heydər Əliyevin qapısını döyüb bu faktları deməyib. Heç olmasa partiyanı yaradan vaxtı deyərdi da. Ancaq rəhmətə getmişləri özünə şahid tutur. Deməli hamısı yalandır.

Kamil 2020-07-07 21:26:16

Bir ayağı gordadır yenə gözü doymur. Onun arvadı ermənidir yoxsa anası?...

Fəxrəddin 2020-07-07 20:41:06

Məlikməmməd nağılı.... Sənin Ramizdən heç bir fərqin yoxdur. ...

Xalq 2020-07-07 20:12:58

Maksim Musayev çox güman ki, vəzifə istəyir.

Eli 2020-07-07 19:00:48

Bu adzm onda Azerbaycanda en xeyanetkar adam olub.Bu adam namusle vicddnlı adam idise miye Eliyev hakimiyyetde olamda bunları ona çatdırmayın demeyıb drmeli bunun özü çox riyakar adam olub adını çekdiyi vezife dostları ile birlikde ancaq Heyder Eliyev bunları çox gözel tamıyıb qabiliyyetlerıme göre de bunlardan nece lazıödır istifade edib

Eli 2020-07-07 18:44:41

Bunlar hamısı sovet dövrunde “Komsomol”un kadrlro olub onlarda ekseriyyet melumdur ki kime be kimlere qulluw ediblerBu milletin ne qeder cılız seviyyesiz üç manata ne desen eyleyen “ağsaqqlları”var Bunlar hamısı MK rayon katıblerı rehmetlik Sirud adi jurnalist olub Adam döz tapa bilmir ki fikrini ifade etsin Çox teesssüf çıx

Millkişi 2020-07-07 18:41:12

Azpolitika nə günə düşürsən get-gedə? Özünü Maksim kimi fürsətçilərin əlilə gözdən salırsan. Bu sözümü buraxmıyacasan. Amma faktdır. Erazlaşmısan. Postfaktum milləti üz-üzə qoyursan. Ramizlər, Maksimlər və digər .... o qədər antimilli fəaliyyət göstəriblər ki, bu gün dəridən-qabıqdan çıxıb bir-birindən hayıf çıxırlar. Azpolitikanın yeraz politikasıyla.

Eli 2020-07-07 18:34:51

Ay Allah bunlar nedir bunlar kimfir torpaq bularo üstünde nece saxlayır Adamın ağlı donur Bu insanın 82 yaşı var yeni ağsaqqaldır Bu me qeder cılız me qeder movqesiz adamdır Bunu dediyinden bele

Anar 2020-07-07 18:16:46

Bu insan niyə olmayan hörmətini də itirməyə çalışır. Bunun işi otaqlarda kecib vəzirov cağırıb mehdiyev cağırıb insanov cağırıb.... buna kim inanar

Aydın Muradov 2020-07-07 18:07:52

Lotu Qulunu, Baku steel-in haqq0hrsabını aparan Rasimi Məmmədovu birini partiyanın siyasi şurasının sədri, birini də katibi qoysaydı, lap yaraşardı.

Son yazılar