Tarixdə ilk dəfə dolların məzənnəsi rus rubluna nisbətdə 40 rublu keçib.
Bu barədə Moskva birjasının məlumatlarında qeyd olunub.
Bu gün səhər Moskva birjasında dolların rus rubluna olan məzənnəsi ötən günlə müqayisədə 5 qəpik yüksələrək 40,01 rubl olub. Avro isə 19 qəpik bahalaşaraq 50,12 rubla satılıb.
Ötən həftədə də dollar daha bir tarixi maksimuma yüksəlib. Oktyabrın 3-də Moskva birjasında onun rubla olan məzənnəsi 40 qəpik artaraq 39,95 rubla çatıb.


Şərhlər