Menu

İranın məşhur klubunun 11 futbolçusu koronavirusa yoluxub

07.07.2020, 23:30
İranın məşhur klubunun 11 futbolçusu koronavirusa yoluxub

İranın "İstiqlal" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

"Report" IRNA-ya istinadla xəbər verir ki, 61 nəfərdən götürülmüş analizlərdən sonra 12 nəfərdə infeksiya aşkarlanıb.

Bunlardan 11-i futbolçu, 1-i isə komandanın tibb personalıdır. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, İran koronavirusa yoluxanların sayına görə dünyada ilk "10-luğ"a düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol