Menu

239 sərnişinlə birgə yoxa çıxmış təyyarənin axtarışı bərpa olundu

06.10.2014, 15:11
239 sərnişinlə birgə yoxa çıxmış təyyarənin axtarışı bərpa olundu

Bu il martın 8-də yoxa çıxmış Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Malayziya Hava Yollarına məxsus Boeing-777 sərnişin təyyarəsinin axtarışları yendən bərpa olunub.

Xarici KİV-lərin məlumatına görə, axtarış əməliyyatlarına dənizin dibini tədqiq edəcək üç gəmi cəlb edilib. Axtarış zonası Avstraliyanın qərb sahillərindən 1,8 min kilometr məsafədə yerləşir.

Hind okeanı üzərində yoxa çıxmış və göyərtəsində 227 sərnişin,12 heyət üzvü olmuş təyyarənin suda batdığı ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol