Menu

Ermənistan müdafiə nazirinin müavini koronavirusa yoluxub

08.07.2020, 11:19
Ermənistan müdafiə nazirinin müavini koronavirusa yoluxub

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan koronavirusa yoluxub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu iyulun 8-də parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan bildirib.

Onun sözlərinə görə, Q.Balayan komissiyanın bu gün keçirilən iclasında iştirak etməli imiş. Amma nazir müavini COVID-19-a yoluxduğuna görə toplantıya qatılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol