PREZİDENT MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİNİ DƏYİŞDİ - Nizam Osmanova yüksək vəzifə verildi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib. General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

Bu təyinata qədər Nizam Osmanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Qeyd edək ki, general-leytenant Nizam Osmanov 2004-cü ildən 2013-cü ilə qədər I Ordu Korpusunun komandiri vəzifəsində xidmət edib.

2015-ci ilin yanvarında general-leytenant Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunmuşdu.

635x100

Şərhlər

t.ədalət 2020-07-09 11:47:26

Ölkədə vəzifələr məlum zonadan olanlar arasında pay-püşk olunur.

Son yazılar