Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 968-ə çatdı

09.07.2020, 10:34
Gürcüstanda koronavirusa yoluxanların sayı 968-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 5 yeni yoluxma faktı müəyyənləşib, 3 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 968, sağalanların sayı isə 844-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 15 nəfərdir.

Hazırda Gürcüstan üzrə karantində 4 425, tibbi nəzarətdə isə 222 nəfər saxlanılır.

Şərhlər

Mübariz 2020-07-09 11:08:07

Gürcüstanda əhaliyə doğru-dürüst informasiya verilir. Bizdə isə bütün həyat tərzi saxtakarlıq olanlar əhalini panikaya salmaq,dəli etmək üçün və başqa səbəblərdən şişirdirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol