Prezident Adminstrasiyasının şöbə müdiri partiya sədri ilə görüş keçirdi

Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev arasında görüş keçirilib.

BAP Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib və bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

PA-nın şöbə müdiri Ədalət Vəliyev siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəklərini, hər hansı təklifdə bulunan siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib. Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.

635x100

Şərhlər

Vətəndaş 2020-07-09 17:48:43

Bu necə partiya sədridir ki,nə partiya,nə də sədri ictimaiyyıtdə tanınmır.belə partiyanın və belə sədrin yaranmasının nə mənası var?pARTİYA CƏMİYYƏTDƏ TANINMALI,SƏSİ EŞİDİLMƏLİ,ÜZVLƏRİNDƏN KİMİNSƏ XƏBƏRİ OLMAYANDA BELƏ PARTİYANIN MÖVCUDLUĞUNUN MƏNASI VARMI? hƏLƏ ONUNLA GÖRÜŞ KEÇİRMƏK-GÜLMƏLİ GÖRÜNMÜR?

Son yazılar