Əli Kərimlinin Rəsulzadəyə bənzədilməsi qalmaqal yaratdı – Milli Şurada + VİDEO

Sosial şəbəkələrdə Milli Şuranın daha bir virtual iclasının videosu yayılıb. “AzPolitika.info” xəbər verir ki, həmin iclas da bir çox cəhətlərinə görə əvvəlkiləri xatırladıb və qeyri-ciddi təsir bağışlayıb.

İclasda MŞ sədri Cəmil Həsənli qurumun üzvü Rahim Hacıyevin “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” fikrini sərt tənqid edib. 

C.Həsənli bildirib ki, bu cür bənzətmələr cəmiyyətdə qıcıq yaradır: “Mən bu təbliğatla bağlı bir məqamı da deyim. Təbliğat məsələsində çox diqqətli olmaq lazımdır və əlavə qıcıq doğuran şeylərə getmək lazım deyil. Bu gün iclasın tənqid hədəfi Rahim Hacıyevdir və mən də onu deyim ki, bu gün o yanlış bir ifadə işlədib. “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir”. Əlbəttə bu cəmiyyətdə qıcıq doğurur”.

Bu məsələdə Gültəkin Hacıbəyli də C. Həsənliyə dəstək verib və onun fikrilə razı olduğunu deyib. Tənqid hədəfinə gətirilən Rahim Hacıyev isə öz fikrində haqlı olduğunu deyib: “Mənim fikrimin heç bir qüsuru zadı yoxdur. Vaxt gələcək hamınız bu fikirdən də artığında olacaqsınız”.

Vidadi Mirkamal da həmin bənzətməni pisləyib: “Bu formada danışıq artıq insanları iyrəndirir. Əli Kərimli özünü lider kimi sübut eləmiş adamdır. Amma onu təzədən bəzəmək ki, Rəsulzadədir, buna ehtiyac yoxdur. Bu, çox adamda qıcıq yaradır”.

Qənimət Zahid isə “Yaxşı bəylər, Topçubaşov, Allah xeyir versin” deyərək mövzunu dəyişib. İclas zarafat və lağlağı ilə davam edib.

Daha sonra isə Q. Zahid Əli Kərimlinin müdafiəsinin təşkili ilə bağlı fikirlər səsləndirib: “Mən Rahim bəyə həm də ona görə haqq qazandırıram ki, bu şiddət artırılmalıdır. Əli bəyin blokadası bizim hamımız üçün bir qoruyucu xətt olmalıdır. Onun üstünə o qədər getməliyik ki... Hələ bir blokadaya görə bu qədər təzyiq var. Həbs görün nələri doğura bilər. Biz faktiki olaraq o şiddəti saxlamaqla Milli Şuanı, Korrdinasiya Mərkəzinin digər üzvlərini də xilas etmiş oluruq. O da var. Bu proseslərdə qazanan Milli Şuradır, Xalq Cəbhəsidir, Əli bəyin özüdür. Amma bizim düşərgənin reytinqi artır və hüdudları da genişlənir”.

Qeyd edək ki, Milli Şuranın iclaslarının bu cür aşağı səviyyədə, məzmunsuz keçirilməsi, dövlətin, millətin problemlərinə deyil, məişət mövzularına həsr olunması nəinki cəmiyyətdə, bu qurumun tərəfdarları arasında da məyusluq yaradıb. Buna görə son dövrlər bir sıra tanınmış şəxs Milli Şuranın sıralarını tərk edib. Cəmiyyətdə isə bu qurum haqda qeyri-ciddi bir təşkilat imici formalaşıb.  

Vaqif

“AzPolitika.info”

635x100

Şərhlər

musa 2020-07-10 01:19:07

ağıllarını itiriblər...

ayrım 2020-07-09 22:20:15

Aya ay vaqif aya bilersənmi haraya gedersən?

t.ədalət 2020-07-09 19:29:23

Rəsulzadə Azərbaycan tarixində yeganə şəxsdir ki,onun təkrarı olmayacaq.Rəsulzadəyə bənzəmək belə mümkün deyil.Şərqdə ilk demokratik Cümhuriyyətin yaradıcısı olan Rəsulzadə özündən sonra gələnlərin bir istinad nöqtəsi,ideya kitabı və əməlləri ilə min illər sonra da örnək olacaq bir qaladır.Yazdıqları və əməlləri ilə millətin taleyində həmişə yaşarı bir iz qoyub getmişdir.Azərbaycan türklərinin atası olan Rəsulzadəni onun ideyalarına sadiq qalan övladları ilə müqayisə etmək belə qüsurdur.

Son yazılar