Menu

Nobel mükafatı beyində "daxili GPS sistemi"ni tapanlara verilir

06.10.2014, 15:53
Nobel mükafatı beyində "daxili GPS sistemi"ni tapanlara verilir

2014-cü il fiziologiya və tibb üzrə Nobel mükafatına ABÇ-Britaniya alimi John O’Keefe və norveçli 2 alim - May-Britt Moser və Edvard Moser layiq görülüb.

Onlar beyində insanın fəzada mövqeyini müəyyənləşdirən hüceyrələr tapıblar.

Qaliblər haqda qərarda deyilir ki, onların kəşfi filosofların və alimlərin əsrlərlə düşündükləri problemi həll edir. "Beyin bizi əhatə edən fəzanın xəritəsini necə yaradır? Biz mürəkkəb ətraf mühitdə necə naviqasiya edirik?"

Kəşf olunan hüceyrələr beyində mövqenin müəyyənləşməsi sisteminə cavab verir. Bu sistem beyində "daxili GPS sistemidir".

Qərarı İsveçin Karolinska İnstitutu oktyabrın 6-da elan edib.

Bu ilki Nobel mükafatı 8 milyon İsveç kronu və ya 1 milyon 100 min dollardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol