Menu

BMT dünyada əhalinin yoxsulluğunu proqnoz edib - 1998-ci il səviyyəsində

10.07.2020, 13:33
BMT dünyada əhalinin yoxsulluğunu proqnoz edib - 1998-ci il səviyyəsində

Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab edir ki, tam yoxsulluq içərisində yaşayan insanların sayı 71 milyon nəfərə çata bilər. Bu halda kasıblığın dünya səviyyəsi 1998-ci il göstəricisi ilə bərabərləşəcək.

Hesabatda koronavirusun 2030-cu ildə dayanıqlı inkişaf məqsədlərinə çatmaq məsələsinə təsiri barədə xəbər verilir ki, 1,6 milyard işçi artıq gəlirlərinin 6 faiz azalması ilə qarşılaşıb.

«Gəlirin azalması, sosial müdafiənin çatışmazlığı və qiymətlərin qalxması onu göstərir ki, hətta əvvəllər iqtisadi vəziyyəti dayanıqlı olan insanları da yoxsulluq təhdid edir» - BMT xəbərdarlıq edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol