Bakıda “İsmailiyyə” (hazırkı AMEA-nın Rəyasət Heyətinin) binasının fasadında yuxarı hissəsində kirilcə yazılan “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı sökülür.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Həmin yazının yerində latın qrafikası ilə "Azərbaycan Milli Elmlər Akademiyası" yazılacaq.
Qeyd edək ki, bina Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.



Şərhlər
Bu binanın fasad elementidir .Belə yanaşılsa onda Şirvanşahllar sarayının,və Qız qalasının,Mömonəxarun türbəsi və s yazılarını deyişin yazın latiın əlifnası ilə .
elə binanı "İsmailiyyə" adlandırın da, Musa Nağıyevin də, onun oğlu İsmayılın da ruhu şad olar.
Gec də olsa, ziyanın yarısından qayıtmaq da xeyirdi atalar deyib. Bəlkə Elmlər akademiyası əvəzinə Ramiz mehdiyev yazılsın hə...nə yoğurdum, nə yapdım....
Allah Ramiz Mehdiyevdən razı olsun!