Ermənistanda virusdan daha 13 nəfər ölüb

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 489 nəfər artaraq 31 392 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda son bir gündə Ermənistanda 13 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 559-a yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 19 419 pasiyent sağalıb. Hazırda 11 234 nəfər infeksiyadan müalicə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar