"Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq" - Cəsarət Valehov

“Ali təhsil müəssisələrinin distant təhsili ilə bağlı çətinliklər bütün dünyada oldu. Heç bir ölkə pandemiyaya hazır deyildi”. Modern.az-ın məlumatına görə, bunu "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir: “Biz bununla bağlı Təhsil Nazirliyi olaraq onlayn platformanın hazırlanmasını həyata keçirdik. Demək olar ki, universitetlərin hamısı bundan istifadə edib. Ayrı-ayrı universitetlər bazaları olduğu üçün bundan daha üzü ağ çıxdı. 

Ancaq bəzi universitetlərdə hələ də görülməli olan işlər çoxdur. Yəqin onlayn təhsillə bağlı qanunvericilik bazasının təkmilləşməsi, onlayn əsaslı kurrikulumun daha səmərəli formada olması üzərində işlənilməsi, müəllimlərin onlayn təhsillə bağlı təlimlərdə iştirak etməsi daha vacibdir. Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.

635x100

Şərhlər

Gunel 2020-07-13 09:53:49

Bezi muellimler hech ders kechmedi.ushaqlar hele martadek ne oyrendiler,o oldu

Telebe 2020-07-13 09:42:53

Ozunuz bunu deyirsiz ki, uzbeuz tehsilin effektini vermir ve wexsi tecrubeme esaslanaraq, ne qeder oxuyan telebe olsamda, bununla raziyam. Sizden bir telebe kimi xahiw edirem ki, pandemiyadan evvel aldigimiz tehsil berpa olunsun. Tewekkurler!

Valideyn 2020-07-12 18:58:45

Kurikuluma son verilsin!!! Siniflerde uşaq çoxlugu var. 42 uşaq!!!! Bir sinifde.Bu dehşetdir.

Eko 2020-07-12 06:51:11

Onsuzda savad vermirdiler ((( onlayn lap manqutlashdiracaq telebeleri )))

Müəllim 2020-07-11 21:34:53

Kurrikuliumun boş,effektdiz olduğunu hələ təhsil nazirliyi anlamayıb?Heyf!

Son yazılar