KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.

“İyulun 12-si Ermənistan-Azərbaycan sərhədində, Tavuş istiqamətindəki qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

635x100

Şərhlər

Xalq 2020-07-13 13:53:18

Kömək üçün qardaş Türkiyəyə müraciət etmək lazımdır, mütləq.

semed 2020-07-13 12:57:32

alcaq serefsiz ermenileri cixdiqlari yere qeder qovmaq lazimdi

Qalib 2020-07-13 12:53:54

Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza tezliklə sağalmalarını, əsgərlərimizə dəyanət, qüvvə və uğurlar arzulayırıq. Verin bu namussuzların payını, igidlər!

t.ədalət 2020-07-13 12:48:18

Rusiyanın quyruğu görünməyə başladı.KTMT vasitəsi ilə ermənistana qahmar çıxır və ermənistan ərazisindəki qoşunlarının uzun müddətə orda qalmasına imkan yaradır.Biz nə qəıdər ki əsas düşmənimizin--Rusiyanın adını çəkməyəcəyik problem həll olunmayacaq.

Vətəndaş 2020-07-13 12:41:47

Biz hamımız gedib torpağımız uöunda vuruşmalı, ölənimiz ölək qalanımız da bu problemdən bir dəfəlik qurtaraq. Artıq vaxtıdır.

Son yazılar