Elmar Məmmədyarov rusiyalı həmsədr və ATƏT nümayəndəsi ilə vəziyyəti müzakirə edib

İyulun 13-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

635x100

Şərhlər

X 2020-07-13 16:00:49

Yagi dusmen dost olmaz. Bir milleti olaraq son sozumuzu demeliyik yada belece qirilmaliyiq

t.ədalət 2020-07-13 14:16:32

Avtomobilin təkəri zədələndikdə onu yenisi ilə əvəz edirlər ki,bəladan uzaq olsunlar.Amma biz zədələnmiş XİN başçısını hələ də saxlayırıq.... Əlbəttə,o tək deyil.erməni övladları olan nazir və məmurlarımız çoxdur.erməni atəşi nəticəsində şəhid olan balkalarımızın xətrinə erməni qanı ilə bulaşığı olanlardan yaxa qurtarmalıyıq.Bizi ermənilərlə öpüşə çağıran Zeynəb Xanlarova,Polad Bülbüloğlu və Kamal Abdullaların yerti indi cəbhədə görünür.Günahsız insanlarımızı öldürən ermənilərlə sülh proqramına qoşulmaq olarmı-sualına bəlkə cavab tapalar.

Son yazılar