"Türk Hava Yolları" beynəlxalq uçuşlarının sayını artırır

Avqustun 1-dən Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti Rusiyanın Moskva, Kazan, Soçi, Rostov, Peterburq, İranın Şiraz və Təbriz, Səudiyyə Əərbistanının Riyad, Damman və Ciddə, Hindistanın Mumbay və Dehli, Qırğızıstanın Bişkek, Özbəkistanın Daşkənd, Əlcəzairin Konstantin ve Vahran, Misirin İskəndəriyyə və Şarm al-Şeyx, Tunisin Kameron, Kenyanın Nairobi, Cənubi Afrikanın isə Keyptaun şəhərlərinə uçuşlar həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

“Aviareyslər yerinə yetirilərkən koronavirus təhlükəsi nəzərə alınacaq və bu məsələyə həssaslıqla yanaşılacaq”, - məlumatda qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar