Rusiyada Gamaley adına adına Milli Epidemiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Kinsburq deyib ki, COVID-19 xəstəliyinə qarşı vaksin klinik təcrübələrdən keçdikdən sonra avqustun ortalarında tibb müəssisələrinə istifadəyə veriləcək.
RIA Novosti agentliyi mərkəzə istinadən bildirir ki, vaksinin qeydiyyatdan keçməsi prosesi 2-4 avqustda başa çatacaq.Bundan sonra kiçik bir müddət də Roszdravnadzorun icazəsini gözləmək lazım gələcək.
Mərkəzdən ümid etdiklərini deyirlər ki, avqustun 14-15-də vaksinin məhdud bir hissəsi əhalinin istifadəsinə veriləcək.Direktorun sözlərinə görə, avqustun ortalarında vaksinin 2-ci sınaq mərhələsi başa çatacaq və üçüncü mərhələ faktiki olaraq əhaliyə istifadə ilə keçiriləcək.O əlavə edib ki, buna görə də vaksinlənmiş adamların elmi müşahidəsi aparılacaq.
Aleksandr Kinsburq dəqiqləşdirib ki, insanlarda vaksin vurulması nəticəsində ağır fəsadlar yaranarsa, Səhiyyə Nazirliyi ondan istifadəni dayandırmaq səlahiyyətinə malikdir.Direktorun sözlərinə görə hazırda istehsalçılarla danışıqlar gedir.
Moskvada iyunun 17-dən sözü gedən mərkəzin koronavirusa qarşı iki formada vaksininin kliniki sınaqlarına başlanıb.Xəbər verilir ki, Burdenko adına hərbi hospitalda əzələyə vurulan maye vaksindən istifadə olunacaq.
Seçenov Universitetində toz şəklində olan vaksin məhlul halına gətirildikdən sonra vurulacaq. Hər bir halda sınaqda 38 könüllü iştirak edəcək.Məlumatda deyilir ki, hər bir fərdə vaksinin iki dozasıvurulmalıdır. Birinci və ikinci doza arasında fasilə üç həftə olacaq.
Bu da qeyd olunur ki, Rusiyada COVID-19-a qarşı vaksinin istehsal həcmləri bütün başqa xəstəlik vaksinlərinin ümumi istehsal həcmindən çox olacaq.Vaksinin istehsalı məsələləri Sberbankın“İmmuntexnologiya” MMC-sinə tapşırılıb.
İyun ayında Kinsburqbildirmişdi ki, Rusiyada əhalinin kütləvi vaksinlənməsinə başlanmasıüçün 50-70 milyon doza vaksinə ehtiyac olacaq.
Baş nazirin müavini Tatyana Qolikovamay ayında demişdi ki, Rusiyada 47 növ koronavirus vaksini üzərində iş gedir.Bundan bir neçə gün sonra müdafiə naziriSergey Şoyqu Vladimir Putinəməruzə etmişdi ki, vaksinlərdən birinin kliniki sınaqları iyul ayında başa çatacaq.İyunun 13-də xanım Qolikova demişdi ki, koronavirus vaksininin istehsalına sentyabr ayından başlanacaq.


Şərhlər