Menu

Ermənilər itkiləri gizlədir - Məhv edilən daha iki hərbçinin adı məlum oldu

14.07.2020, 19:51
Ermənilər itkiləri gizlədir - Məhv edilən daha iki hərbçinin adı məlum oldu

Ermənistanın daha iki hərbçisinin məhv edildiyi məlum olub.

"Report"un xəbərinə görə, bu barədə həmin ölkənin vətəndaşları sosial şəbəkələrdə məlumat paylaşıb.

Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.

Sosial şəbəkələrdə onlardan birinin - S.Qaytsakovun pasportunun fotosu da paylaşılıb.

Qeyd edək ki, Ermənistan bundan əvvəl 4 hərbçisinin məhv edildiyini eturaf edib. Digər itkilər isə hələ ki, rəsmən açıqlanmır və gizlədilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol