Menu

Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya qayıtdı

15.07.2020, 12:51
Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya qayıtdı

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən Azərbaycana qayıdıb. 

Bu barədə Modern.az-a deputatın köməkçisi Arif Orucov məlumat verib.

Arif Orucovun sözlərinə görə, Vahid Əhmədov özünü yaxşı hiss edir.

"Hər şey yaxşıdır. Vahid Əhmədov hazırda evdə müalicəsini davam etdirir".

Qeyd edək ki, bir müddət öncə deputat Vahid Əhmədovun səhhəti ağırlaşmış və o, ürəyində yaranan problemlə əlaqədar təcili olaraq özəl təyyarə ilə Türkiyəyə apaılmışdı.

Millət vəkili hələ 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu....

Şərhlər

İlkin 2020-07-16 00:14:30

Belə yüksək səviyyədə səhiyyəmiz olduğu halda, niyə Türkiyədə müalicə alandan ki? Çox maraqlıdlr görəsən niyə?

Həsən 2020-07-15 14:39:36

Niyə Azərbaycanda müalicə olunmur? Görəsən nə gədər pul xərcliyib Türkiyada müalicəyə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol