Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşik uçuşları həyata keçirir.
“Report” Ernmənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gümrüdəki şahidlər bildirirlər.
Bu addımın səbəbi kimi Türkiyə hökumətinin Azərbaycanı tam dəstəklədikləri və hər an yardım etməyə hazır olduqları barədəki bəyanatları göstərilir.


Şərhlər
Yaşa bizim qardaş Türkiyəmiz!
İnanın ki,Türkiyə olmasa Rusiya Azərbaycanı xıncım-xıncım doğrayıb ermənilərin ayağı altına atar.
Fikir verirsinizmi,Tovuz istiqamətində sərhəddi pozanın,vəziyyəti gərginləşdirənin kim olduğu aydınlaşır.Bunu görməmək üçün gərək kor olasan.Təxribatdan sonra vahiməyə düşən erməniləri daha da özünə yaxınlaşdırmaq üçün Türkiyə ilə sərhəddə rus helikopterlərinin uçuşu da təxribatın davamıdır.Bakıda yürüşə soxulub təxribatçılıq törədənlər də Rusiyanın casus şəbəkəsidir.