"BAŞLARINDAN BÖYÜK İŞƏ GİRİŞİBLƏR..." - "Ermənistan qurduğu tələyə özü düşəcək"

“Azərbaycanın acısı bizim acımızdır, bu acını dərindən hiss edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Hücum nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Bunu dəqiqliklə bildirmək istərəm ki, Yuxarı Qarabağı heç bir hüquqi əsas və legitimliyə istinad etmədən işğal edən Ermənistana qarşı Azərbaycanın, azərbaycanlı silahdaşlarımızın sonunadək yanındayıq. Möhtərəm Prezidentimizin dediyi kimi, bu mənfur hücumu edənlər başlarından böyük işə girişiblər. Ermənistan qurduğu tələyə özü düşəcək”, - nazir əlavə edib.

635x100

Şərhlər

Xalq 2020-07-15 17:16:16

Eşq olsun Sizə! Dəstəyinizə görə təşəkkür edirik.

Xalq 2020-07-15 17:03:42

Eşq olsun Sizə! Dəstəyinizə görə təşəkkür edirik.

Feyruz 2020-07-15 15:34:36

Bəzi məmurlar Türkiyə ordusunun Azərbaycana girməsini ona görə istəmirlər ki, qorxurlar. Ona görə qorxurlar ki, türklər bura da olsalar birdən bunlara ölkəni talamağa mane olarlar. Əhalini əzməyə, evlərə ddoldurmağa imkan verməzlər. Ancaq səhv edirlər. Türk ordusunun gəlməsi dövləti gücləndirər

Son yazılar