Fransa XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı pisləyib

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa müvafiq surətdə həll ediləcəyinə əminlik ifadə olunur və bu məsələdə ATƏT-in Minsk qrupu üzvlərinin öhdəlikləri bir daha xatırlanır.

"Fransa Ermənistanla Azərbaycan sərhədində iyulun 12-dən başlayan silahlı toqquşmanı pisləyir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin daha da pisləşməməsi üçün dialoqu davam etdirməyə çağırırıq. Fransa Minsk qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı şəkildə həlli üçün öz öhdəliklərini həyata keçirəcək", - bəyanatda qeyd olunur

635x100

Şərhlər

Xalq 2020-07-15 20:22:43

dəhşətdi, torpaqların qaytarılması haqda bir kəlmə də yoxdur.

Son yazılar