Oktyabrın 6-da Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland arasında görüş başlayıb. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə prezident administrasiyasından açıqlama yayılıb.
“Ukrayna prezidenti ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandla görüş keçirir” – açıqlamada bildirilir.
Ağ Evdən verilən məlumata görə, Nulandın Ukrayna rəsmiləri ilə görüşlərində əsas müzakirə mövzusu islahatlar məsələsində Amerikanın Ukraynaya köməyi, Donbasdakı münaqişə, habelə ölkənin ərazi bütövlüyünə Birləşmiş Ştatların dəstəyi ilə bağlıdır.


Şərhlər