Menu

Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 006-ya çatdı

16.07.2020, 09:56
Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 006-ya çatdı

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 006 nəfərə çatıb. Sağalanların sayı isə 10 nəfər artaraq 883-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 15 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 640, stasionar nəzarətdə isə 244 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol