“BƏZİ DİPLOMATLAR DÖVLƏTƏ XƏYANƏT EDİBLƏR...” – Prezident İlham Əliyevdən ŞOK ittihamlar

"Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin "formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. 

Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası “müstəqil” qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər", - dövlət başçısı əlavə edib.

635x100

Şərhlər

Eli 2020-07-17 16:38:52

Axı bu nece olur göresen esgerle bir sengerde vuruşsn ve şehid olan General Sumqayıtda kirsyede qalır ve seni çıxarmır ona verilem evi şehid ailesine verir bunlarsa Avropada ve başqa ölkelerde vezife tutub milletin pulları ile kef çekir ve Dövlete xeyanet edir ya Çovdarov kimi generallar xalqın qanına susayırlar ve indi de meydzn sulayırlar.Acı bu nece olur .Mentiqle bize ermeni lazım deyil öz milli düşmelerimiz ele axırımızs çıxacawlar bele getse

Eli 2020-07-17 16:29:03

Adam dehşete gelir.İnanmaq istemirsen deyilenlere Axı her hansı xarici ölkedeki bizim sefirlik bir “Azerbaycan”demekdir bunlar bu Dövleti milleti ttmsil edirler yeni bizim sifetimizdir .Bunlar balaca bir MTN olmaq evezine gördükleri işler adamın aglını dondurur .Özü de inandırım Sizi o sistemde bir dene olsun tesadüfi adam yoxdur hamısı rahat ve firavan heyat görmüşletin övladlarıdır Adam söz tapa bilmir buz ne vaxt formalaşacağıq me vaxt özümüze millete Dövlete hörmetle yanaşaccğıq

Eli 2020-07-17 16:08:36

Bu adam 16 ilden artıa nazir işlyib be heç vaxt öz ana dilinde dsnışmağa teşebbüs göstermeyib ve heçkim de bunu ona irad tutmayıb.Diplomatiya çox hessas bir sahedir bunun bu nöqsanı ağıllı diplomatların nezerinden qaçmaz.Bunun da vezifelere yerleşdirdiyi kadrların ekseriyyeti özü kimi ana diline”hörmet edenler olarOnlar üçün Veten ana dili milli mesubiyyet axırıncı yerde dırur Bele ılmasaydı onlarda milii qerdt olardı onlar da Prezidetimixin dediyi kimi vetdn xaini olmazdılar Her hsdd men bele düşünürem ve heyat tecrübesi gösterib ki öz snz dilinde danışa bilmeyenlerde milli qeyret çox seif olur ekser hallarda olmur dahs mece olmalıdır ki Bir de men eşitdiyime göre nizim xaricdeki diplomatlar üçün biznes Azerbaycznın maraqlarından daha üstündür Bunlar icra başçılarını bu meselede kölgede qoyarlar

Emil 2020-07-17 13:04:39

Cenab Prezisdent, cixishiniz tuklerimizi biz-biz etdi,ruhlandirdi,sevincden gozlerimiz yashardi. Amma bir bilsez bu gunu ne qeder gozlemishik.Butub bash verenlerden sonra siz bir daha shahid oldunuz ki xalq sizinle ruhlanir,sizinle ilhamlanir. ..Size ugurlar.

Xİn-in əməkdaşı 2020-07-17 12:42:25

Cənab Prezident, Azərbaycan Xarici İşlər Nazirliyində nazir müavinləri və idarə rəislərinə, yəni mərkəzi Aparatda təmizlənmə aparılması labüddür. Məmmədyarov getdi, amma onun tör-töküntüləri iş başındadır. Əgər onlar da zərərsizləşdirlməsə, onda islahatların bir mənası olmayacaq.

Son yazılar