Menu

Türkiyə və Azərbaycanın XİN rəhbərlərinin telefon danışığı olub

16.07.2020, 22:54
Türkiyə və Azərbaycanın XİN rəhbərlərinin telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Bu barədə “Report”un yerli bürosuna Türkiyənin Xarici İşlər nazirinin mətbuat katibi Hami Aksoy bildirib.

O qeyd edib ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.

Telefon danışığında iki ölkə arasındakı mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və bir millət iki dövlət prinsipi ilə davam etdirilməsi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol