Menu

ABŞ və Çin arasında hərbi münaqişə riski artıb - Cənubi-Çin dənizinə görə

17.07.2020, 00:56
ABŞ və Çin arasında hərbi münaqişə riski artıb - Cənubi-Çin dənizinə görə

Ekspertlər Çin Xalq Resrublikası və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında hərbi münaqişə riskinin artması barədə xəbərdarlıq edirlər. Onlar hesab edirlər ki, bu güclər arasınada Cənubi-Çin dənizi uğrundakı mübarizə “soyuq müharibəyə” yaxınlaşıb. Çünki Vaşinqton öz mövqeyni sərtləşdirib və

Pekinin resurslarla zəngin su yoluna iddialarının əksəriyyətini rədd edir. Bu barədə Honkonqun «South China Morning Post» (SCMP) qəzeti yazıb.

Qəzet xatırladıb ki, iyulun 13-də ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ Çinin necə deyərlər, sulara 9 qırıq xətt daxilində (mübahisəli demarkasiya xətti - Red.) irəli sürdüyü bir sıra iddialara rəsmi olaraq, qrşı çıxır. Bu xətt demək olar, bütün Cənubi-Çin dənizini əhatə edir.

Qəzet göstərir ki, Vaşinqtonun mübahisəli suların suverenliyinə qarşı heç bir iddiası yoxdur. Ancaq Pompeo bəyan edib ki, Haaqa Arbitraj Məhkəməsinin 2016-cı il qərarına uyğun olaraq, ABŞ həm də Pekinin Misçif və ikinci sualtı Tomas adasına yönəlik ərazi və ya dəniz iddialarını rədd edir.

ABŞ Çinin Spartli arxipelaqı ətrafındakı12 millik ərazi zonasından kənar sulara Çinin bütün iddialarını qeyri-qanuni elan edib. Bəyanatda həm də deyilir ki, Çinin Malayziya yaxınlığında Ceyms sualtı ada rayonunda kontinental şelfə iddiası qeyri-qanunidir.

«Biz, aydın işarə vururuq: Pekinin Cənubi-Çin dənizinin böyük hissəsinin ofşor resurslarna iddiası mütləq mənada, qeyri-qanunidir - onları təhdid yolu ilə nəzarət altına almaq cəhdi kimi» - deyə, nəşr Pompeodan sitat gətirir.

«Dünya imkan verməz ki, Pekin Cənubi-Çin dənizinə özünün dəniz imperiyası kimi yanaşsın» - Pompeo qeyd edib.

Bununla əlaqədar olaraq, ÇXR XİN-nin rəsmi nümayəndəsi Çjao Liszin ABŞ tərəfindən yaradılan qarşıdurmanı «əsassız» adlandırıb. Bəyan edib ki, bu, Vaşinqtonun Pekinlə Cənub-Şərqi Asiya ölkələri arasında düşmənçilik toxumu səpmək cəhdidir və nəticəsiz qalacaq.

«Çin dəniz imperiyası olmağa can atmır. Çin qonşu ölkələrə bərabərlik əsasında yanaşır və maksimum təmkin nümayiş etdirir» - Çjao bəyan edib.

O, bildirib ki, Cənubi-Çin dənizində sabitliyi pozan ABŞ-dır. Belə ki, o, daim bu sulara hərbi-dəniz gəmiləri göndərir.

Honkonq qəzetinin yazdığına görə, Cənubi-Çin dənizinin öyrənilməsi üzrə Milli institutun Xaynan analitik mərkəzinin elmi əməkdaşının köməkçisi Çen Syanmyao bildirir ki, Pompeonun bəyanatı ABŞ kimin tərəfini saxlayacağını göstərir.

«ABŞ-ın mövqeyi çox aydındır. Əgər əvvəllər biz, suverenlik mübahisələrində ABŞ neytral mövqe tutur deyirdiksə, indi bu byanatla onlar Çinin ərazi iddialarını təkzib edirlər. Deməli, Cənubi-Çin dənizi uğrunda Çin və ABŞ arasında mübarizə soyuq müharibəyə yaxındır» - deyə, Çen bildirib.

Qeyd edib ki, Cənubi-Çin dənizinə yönəlik Vaşinqtonun ərazi mübahisəsində yeni mövqeyi iki dövlət arasında cəbhələşməni gücləndirə bilər…

Cənubi-Çin dənizi problemləri üzrə Tsinan Universitetinin (Quançjou) eksperti Çjan Minlyan qeyd edir ki, Çin və ABŞ arasındakı düşmənçilik bölgədə iki ölkənin hərbi fəaliyyəti «bərabəri olmayan səviyyədə» gərginlik yaradıb.

«Cənubi-Çin dənizi ətrafında qarşıdurma və oyunlar heç yerdə olmadığı qədər ciddidir» - ekspert bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol