Birləşmiş Ştatların ATƏT-dəki səfiri Ceyms S. Gilmore iyulun 16-da ATƏT-in Daimi Şurasının iclasında “Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca silahlı insident” barədə çıxış edib.
ABŞ səfiri bildirib ki, o, iclasda ondan əvvəl çıxış etmiş Minsk Qrupu həmsədrlərinin adından yox, BirləşmişŞtatların adından danışır.
Ceyms S. Gilmore deyib ki, yaranmış vəziyyətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin şəffaf və fəal olması, vasitəçilik etmək və situasiyaya reaksiya vermək iqtidarında olması mühümdür.
Səfir bildirib ki, son iki gündə ABŞ dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin sözçüsü Morqan Ortagus sərhəd boyunca davam edən zorakılığı qətiyyətlə pisləyən və dərhal atəşkəsəçağıran bəyanatlarla çıxış ediblər.
Ceyms S. Gilmore deyib ki, BirləşmişŞtatlar Dağlıq Qarabağ münaqişəsinin davamlı dinc yolla həllində tərəflərə dəstək verməyə hazırdır və bu məqsədəçatılmasında fəal olaraq qalacaqdır”.


Şərhlər