"Minsk qrupunun həmsədri olan üç ölkə hardasa 30 ildir ki bu məsələni həll edə bilmir. İşin bu nöqtəyə gələcəyi bəlli idi"
"Report" xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Ermənistan işğalçıdır. Ermənistanın işğalı, bilirsiniz, illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Mən cənab İlham Əliyevlə danışıqları davam etdirəm. Sonuncu dəfə dünən ordan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq", - o əlavə edib.


Şərhlər
Ərdoğan bundan artıq nə etməlidir,bizdə kəramət yoxdursa
İndi Ordumuz Qarabağa girib problemi həll etməlidir....
QARDAŞ TÜRKİYƏ DÖVLƏTİNİN DƏSTƏYİ RUSİYANI NEYTRALLAŞDIRIB, QARABAĞI AZAD ETMƏYİN TAM ZAMANIDIR. PUTİN RUSİYASI ZUQZVAN (ЦУГЦВАНГ) VƏZİYYƏTDƏDİR. BU VƏZİYYƏT MÜTLƏQ DƏYƏRLƏNDİRİLMƏLİDİR.