Menu

"Dağlıq Qarabağ üzrə sülh danışıqları təhlükə altına alına bilər" - ATƏT PA

17.07.2020, 19:06
"Dağlıq Qarabağ üzrə sülh danışıqları təhlükə altına alına bilər" - ATƏT PA

“Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını təhlükə altına ala bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanatda deyilir.

O, sərhəddə baş verən hadisələri diqqətlə izlədiyini və məsələ ilə bağlı ATƏT PA-dakı nümayəndə heyətləri və müvafiq beynəlxalq qurumlarla müzakirələr apardığını bildirib.

G.Tsereteli tərəfləri vəziyyətin deeskalasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb: “Bu gün təəssüflər olsun ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsini müşahidə edirik. Bu, müharibədən əziyyət çəkən sadə insanların vəziyyətini daha da ağırlaşdırır”.

Şərhlər

Cənab G.Sereteli və A.Quliyevə 2020-07-18 09:33:16

ATƏT niyə, Ermənistanı hərbi işğalçı kimi PAdan çıxarmır?

t.ədalət 2020-07-17 21:16:39

Biz müharibəıni dayandırsaq Rusiya yenidən ermənistana şans verəcək.

Xalq 2020-07-17 20:23:16

Daha 30 il danışıqlara start verildi.

Aydın 2020-07-17 20:06:21

Ayə nə danışıq? Müharibəəəəəəəəəəəə.....................

t.ədalət 2020-07-17 19:22:31

Sülh danışıqları Rusiya ilə aparılmalıdır.Bütün dünya bilir ki,torpaqlarımızxın işğalçısı Rusiyadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol