Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.

Şərhlər
Xəstəliklərdən ölürük. İmkan verin gedək dənizə. Hamınız kefdəsiniz. 3-5 mərtəbəli villalar,hektarlarla sahəsi olan İqamətgahlarda hovuzlar basseynalar. Milyonlar Milyardlar. Hara istəyirsiniz gedib-gəlirsin. Allahsızlıq eməyib. O bir gün sizi məşər ayağına çəkəcək. Buraxın bizi belə olmaz
Bu Operativ Qərargahda,TƏBİB-də bir ağıllı yoxdur ki,insanlara belə zülm edilir?Sağlam insan,ailə nə üçün öz evində məhbəs həyatı yaşamalıdır? insanlar tələb olunan yerlərdə maskalı gəzirsə,gigiyenik qaydalara uyğun hərəkət edirsə niyə onlara məhdudiyyət qoyulmalıdır?Bunu düşünən insan iqtidarda,hakimiyyətdə yoxdurmu ki, bu Operativ Qrargah,nə bilim TƏBİB adlandırılan qurumlar insanlara zülm edirlər?
Sabah qar yaqacaq !!! El helal bu savadsizdara!!!
Menasiz bir oyun. Karantin yalniz kasib-kusuba aiddir. Bogulurlar evlerde. Varlilar zaten Qebelede, Qubada kefde.. Sentyabrda, gorum hansi immunitetle bu millet payiza girecek. Ne ise.. yazmagin bir xeyri yox... 3-5 nefer hell edir bu milletin taleyini.. o 3-5 nefer ishchi-mishchi, hansindaki, cibinde icazesi var ve ozu gece-gunduz shellenir. Olan millete olur.. Resmen yaylarini ellerinden aldilar.
Allah millətin hisləri ilə oynayanların cəzasını versin!Yəqin ki verəcək!
Heç bu on günə də ehtiyac yoxdur.Əhalini bu qədər imcitməyə gərək yoxdur.
dəhşətdi
BELƏ ƏSASSIZ QƏRAR HANSI BAŞIN MƏHSULUDUR? İNSANLAR EVLƏRDƏ HAVASIZLIQDAN VƏ TƏMİNATSIZLIQDAN XƏSTƏLİKLƏRƏ TUTULUR....
Dənizə quma getməyə icazə verin.