Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektronika” kafedrasının dosenti koronavirusdan vəfat edib.
Bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, kafedranın dosenti Oqtay Sadıqov 66 yaşında koronavirusdan vəfat edib:
“AzTU kollektivi Oqtay Sadıqovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına səbr diləyir".
Allah rəhmət eləsin!


Şərhlər
Bu gözəl insan,əsl vətəndaş nümunəsi olan Oqtay Sadıqov mənim dostum idim. 21 gün əvvəl onun həyat yoldaşı koronovirusun qurbanı oldu. Dərhal Oqtay xəstəxanaya yerləşdirildi və dünən aldığım üzücü xəbər məni və Oqtayı tanıyan dostları şok vəziyyətə saldı. Rəhmətliklərin iki ailəli qız övladları və nəvələri var. Oqtay,Allah sənə və yoldaşına rəhmət eləsin, hər ikiniz şəxsiyyət idiniz, məkanınız behiştik olacaq!