Menu

Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini açıqlayıb

18.07.2020, 13:28
Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini açıqlayıb

“İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”.

Bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Tovuz istiqaməti Azərbaycan Ordusunun daimi nəzarətində olan və daim gündəmdə olan cəbhədə baş verən atəşkəs rejiminin pozulması prosesində tam nəzərdə saxlanılan Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən xeyli uzaq ərazidədir: “Düşmənin bu istiqamətdə aktivləşməsinin bir neçə faktoru var. Amma əsas məqamlardan biri Ermənistanda hakimiyyətdə olan klanın rəhbərliyinin dayaqlarının sarsılmasıdır. Xatırlayırsınızsa, Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağa, işğal olunmuş ərazilərimizə xidmətə göndərilməsi məsələsi vardı. Ancaq onun həmin ərazidə xidmət etməsi sual altındadır. Sadəcə adı orada gedirdi və özü isə evində olurdu. Yerevanadan çölə çıxmırdı. Ancaq Paşinyanın oğlu hərbi xidmətdən qayıtdıqdan qısa müddət sonra bu istiqamətdə hadisələr baş verdi. Başqa bir məqam isə Erməsnitanın bu istiqamətdə yerləşən silahlı bölmələrində hərc-mərclik, nizam-intizamsızlıq vardı”.

V.Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən hər bir hala qarşı müəyyən olunan döyüş hazırlığı üzrə planlar var: “Təxribat baş verən istiqamətdə olan bölmələrimiz düşmənin fəaliyyətinin qarşısını almağa dərhal hazır idilər və bunu yerinə yetirdilər”.

Şərhlər

Xalq 2020-07-18 21:53:24

Bu putinin yoxlamasıdır, real vəziyyəti dəyərləndirmək üçün, həm də onun istədiyi dəyişikliyi eləmək istəyir. Türkiyə buna necə baxacaq, onu yoxlamaq istəyir.

Sebeb. 2020-07-18 17:16:38

Doğrudanmi siz bele düşünürsüz?

V.Dərgaha, biz arxadayıq 2020-07-18 14:49:38

İtgi olubsa, hazırlıq necəymiş? Laçın sərhəddi də quş uçuşunu belə kəsməlidir.

Eko 2020-07-18 14:11:39

Ne klan ne filan sen ne danishirsan ? Onnar bizi dashnan biz onnari ashnan ( meselesi yadma dûshdû))Yorulmadiq qorxaqliqdan ???Allah veteni sevmiyennerin shehidlerimizi yaddan cixardanlarin , Cezasini verecek !!! qeci tezi var!!

Eko 2020-07-18 14:08:30

vaqif , qisas almaq lazimdi bosh bosh danishmaq yox !!! O boyda Qeneral shehid vermishik , shehidlerimiz var! Menim neyme lazim ermenistan neye qôre texribat elryib ??? Naqil danishmayin !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol