Menu

Qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı araşdırmalara başlanıldı

18.07.2020, 15:20
Qadına tanışlıq məqsədilə mesaj yazan polislə bağlı araşdırmalara başlanıldı

Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.

"Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - məlumatda bildirilib. 

Şərhlər

t.ədalət 2020-07-18 21:59:59

Polisin Salyan rayonundakı təırbiyəsizliyi cəzasız qaldığına görə belə hadisələr baş verir.

Omer 2020-07-18 18:23:57

Ayib olsun

eko 2020-07-18 15:32:32

Ciddi yani ne ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol