Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin erməni daşnakları tərəfindən qətlə yetirilməsinin 99-cu ildönümüdür.
“Report” xəbər verir ki, Behbud xan Cavanşir Fətəli xan Xoyskidən sonra Azərbaycanın ikinci DİN başçısı olub.
Azərbaycan Xalq Cümhuriyyətindən sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti xarici ticarət təmsilçisi kimi neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud xan Cavanşir 1921-ci ilin yayında həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbula gedir.
O, 1921-ci il iyulun 17-dən 18-nə keçən gecə İstanbulun mərkəzində Mişak Torlakyan adlı erməni daşnakı tərəfindən qətlə yetirilib.
Ölümünə bir neçə dəqiqə qalmış onun söz sözləri belə olub: “Mənim şəxsi düşmənlərim yoxdur, məni ermənilər öldürdü”.
Onun qatili M.Torlakyan ingilis işğal məhkəməsi tərəfindən bəraət alır. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni patriarxlığına təslim edilir, tez zamanda gəmi ilə Yunanıstanın Pire şəhərinə göndərilir. Yunanıstandan isə onun ABŞ-a getdiyi qeyd olunmaqdadır.
Qeyd edək ki, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəvəsi olan Behbud xan Cavanşir 1877-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulub.


Şərhlər
Behbud ağa Şaumyanla dost olub, belə bir şəxsiyyətin ermənilər tərəfindən öldürülməsi indi bizim əlimizdə bayraq olaraq göstərilməlidir. Ermənilərin bizim qanımıza susamasını, onların tarixən terorcu millet oldugunu var gücümüzlə təbliğ etməliyik
Allah rəhmət eləsin!
erməni terroru saymaqla bitməz.ermənilər terrorçuluğu rus kəşfiyyatından öpyrənmişlər.Rus ordusunun generalı,yazıçı İsmayıl bəy Qutqaşınlı həc ziyarəti zamanı türklərlə görüşdüyünə görə Şamaxıda karvansarayda rus kəşfiyyatının buyruğu ilə erməni tərəfindən zəhərlənərək öldürülımüşdür.Biz tariximizi vərəqlədikcə başımıza gələn müsibətlərin rus-erməni tərəfindən törədildiyini görürük.Bu gün Rusiyanıln bizim vətəndaşlara verdiyi "dostluq" ordenləri hansısa növbəti faciənin kitablarıdır.Faciələrdən qurtulmaq üçün o kitablar oxunmadan yandırılmalıdır.