Menu

Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub - YENİLƏNİB

18.07.2020, 15:50
Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub - YENİLƏNİB

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu generel-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat vermişdir. Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulamışdır.

* * *

Bu gün Azərbaycan və Rusiya Müdafiə nazirləri Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hərbi-diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Şənbə günü səhər saatlarında rəsmi Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi qurumlarının əlaqələri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub”, - mənbə deyib.

Rusiya Müdafiə naziri həmçinin Zakir Həsənova iyulun 17-də, cümə günü başlayan Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

Şərhlər

Xalq 2020-07-18 22:19:00

Ey Türkiyə Rusiyanın Azərbaycanı işğal etməsinə biganə qalma.

Eko 2020-07-18 21:34:03

Bûtûn dûnya deyir ki, bu rusun textinatidi. Biz ise (((Yaziqiz !!! Qôresen Shoyqu , ne tapshiriq verdi , ôz qeneralna..

t.ədalət 2020-07-18 19:27:51

Tovuz istiqamətində təxribata rəhbərlik edən Rusiya Azərbaycanda tamamilə hörmətini itirdi.Onsuz da xalqımıza qarşı soyqırımlar törədən Rusiya xəyanətkar kimi tanınırdı.Bu dəfə isə özünü həmişəlik gözdən saldı.Rusun quyruğundan yapışanlar bilməlidir ki,gec-tez onların özü də xəyasnətə məruz qalacaq.

Bəşir 2020-07-18 17:09:00

Biz rusun boyunduruğundan çıxmasaq heç vaxt müstəqil olmayacağıq və torpaqlarımız da birdəfəlik qalacaq ermənidə. 90-cı ildə müstəqil idik. Yenidən girdik rusun boyunduruğuna. Son qoymaq və onlardan uzaq gəzmək lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol