Aralarında 10 nəfər Nobel mükafatı laureatı olan Amerikanın aparıcı alimləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezdenti Donald Trampı nüvə silahının sınaqlarını bərpa etməməyə çağırıblar.
Onlar prezidentə məktubla dünyada ilk dəfə Nyu-Meksika ştatında nüvə silahı texnologiyasının ilk sınağının 75 illiyi münasibətilə müraciət ediblər.
«Nüvə silahının sınaqları yeni nüvə silahlanması yarışı riskni və həm də məqsədli və ya məqsədli olmayan nüvə müharibəsi riskini artıra bilər. Yaranmış ənənəyə görə, onun insanlara və planetə yönəlik ziyankar təsiri səbəbilə alimlərin nüvə silahına qarşı çıxışlarına uğun olaraq, biz, ABŞ hakimiyyətindən nüvə sınaqları keçirmək planlarından çəkinməyi xahiş edirik» - müraciətdə belə deyilir.
ABŞ-ın nüvə sınaqlarını bərpa etməsi digər ölkələrə, məsələn, Şimali Koreyaya, Hindistana və Pakistana da bu sferada işlərin aktivəşdirilməsi üçün «yaşıl işıq yandırmış olar».
Xəbər verildiyi kimi, may ayında «The Washington Post» qəzeti təsdiqləmişdi ki, ABŞ prezidenti administrasiyası «Rusiya və Çin üçün xəbərdarlıq siqnalı qismində» nüvə silahı sınaqlarının bərpası imkanlarını müzakirə edir.
AzPolitika.info


Şərhlər