Menu

DİN-dən sosial şəbəkələrdəki paylaşımlara MÜNASİBƏT

19.07.2020, 13:41
DİN-dən sosial şəbəkələrdəki paylaşımlara MÜNASİBƏT

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra pul müqabilində buraxılmalarına dair iddialara cavab verib.

DİN-dən daxil olan məlumatda deyilir: 

"Sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra guya pul müqabilində buraxılmalarına dair statuslar paylaşılıb.

Çox təəssüflər olsun ki, cəmiyyətimizdə öz dövlətinə, onun qanunlarına və hamının asayişinin və təhlükəsizliyinin keşiyində duran polis əməkdaşlarına belə iftira atanlara hələ də rast gəlinir. Birmənalı olaraq bildiririk ki, həmin statuslarda yazılanlar qərəzdən, polisin işgüzar nüfuzuna xələl gətirən və heç bir konkret fakta söykənməyən əsassız iddiadan başqa bir şey deyil.

Onu da vətəndaşlarımızın nəzərinə bir daha çatdıraq ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aksiya zamanı təxribatçı hərəkətlərə yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. İstintaq zamanı bu hərəkətlərə yol vermiş şəxslər ərazi polis orqanına dəvət edilir, təqsiri sübuta yetirilənlər barəsində müvafiq tədbirlər görülür, digərləri isə sərbəst buraxılırlar".

Şərhlər

Xalid 2020-07-20 00:40:25

Şər atmağa, qara yaxmağa bir canıq! Polis nə bilir rüşvət nədir?! Özü də Azərbaycan polisi haa!

miri 2020-07-19 16:31:25

"Milli Ordumuza dəstək" yürüşünə canlı baxdıq. Bu canlı baxışı reallaşdıranlarin bazıları indi habs olunanların icarisindadir. Bütün harakatlari hamımıza canlı gorulanlarin habsi polisin na etdiyini başa düşmək çətin deyil: Qarabağı istamak günahdır. Bəlaları cazalanacaq. Vassalam. Allah nahaqlarin bəlasını versin İNŞƏALLAH.

Vahid 2020-07-19 15:51:41

İnam qalıb ki,insanlar o qədə döyülüb,söyülüb,əzilib, aldanıb,atılıb,talanıb, yalan informasiyalar verilib. Cəmiyyət elə korlanıb ki daha heç kimə inanmaq mümkün deyil.

Akif 2020-07-19 15:30:55

Polisin 7-8 iyun tarixindəki qanunsuz və mənəviyyatsız hərəkərindən sonra şəxsən mən bu hakimiyyəti xalqın düşməni hesab edirəm və bundan sonra ölkədə siyasi hakimiyyət dəyişənədək nifrət edəcəm

ejder 2020-07-19 15:15:39

YALAN DANIWANIN ATABATASINA LEHNET

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol