Menu

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

20.07.2020, 00:03
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi bu gündən başlayaraq 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

"Report" Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, bununla yanaşı, vətəndaşlar arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla, Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla, bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.

Şərhlər

Aslan 2020-07-20 12:41:21

İndi buraxmaq lazımdır dənizə,bir azdan gec olacaq. Şeh düşəcək qum soyuq olacaq.

Millət 2020-07-20 08:46:34

Təxminən 10 il qabaq nazirlərdən biri özünə İnperator sarayı tikirmiş. Bütün avadanlıqlar xaricdən gəlirmiş,ustalar da oradan məsələn Almaniyadan gəlib quraşdırıb gedirmişlər. 1 hektar olub 2 ya 5 bilmirəm bütün ərazi 1 metr dərinliyində qazılıb,daşınıb, yerinə meşələrdən torpaq gətirilib. Orada ancaq tək avtomatik suvarma sistemi, yaşıllıq yaradan müəssəyə iş haqqı deyilənlərə görə 1 milyon verilib. İndi görün orada nə tikilibdir? O kimi imişsə onun Azərbaycanın burada xaricdə necə milyardlıq var dövləti var. Hamısında elədir. Ya ondan aşağı ya da ondan yuxarı. Elə villalarda oturub kasıb təbəqəni talehini həll edən, sağlamlığına qəsd etmək qərarları verməyi nə adlandırmaq olar? Hansı ədalətdən,insanlıqdan danışmaq olar. Heç olmasa qızmar günlərdə kasıbların kəndinə rayonuna getməyə,ən əsas da dənizdə hava qəbul etməyə, çimməyə qum üstündə gəzmə, bir sözlə insan kimi ölməyə imkan verin.

Sənan 2020-07-20 07:58:03

Nə edirsiniz edin,onsuz da sizə inam itib. Ancaq icazə verin heç olmasa uşaqlar yaşlılar dəniz qırağına gedib duzlu su, günəş, qum vannası qəbul etsinlər. Hamı xəstədir. həm də psixoloji durum da kritik vəziyyətdədir. İsti havada 40 dərəcə istidə kiçik havasız evlərdə 50-55 dərəcə olur. Dözmək mümkün deyil. Bizim sizin kimi kef çəkməyə imkanımız yoxdur. Sizin kimi bizim milyardlarımız villalarımız,elit binalarda mənzillərimiz, 10 minlik kondisoner, hovuzlarımız yoxdur. Təbiətin bizə verdiyi pulsuz müalicəni də əlimizdə almayın. İnsan olun. İnsan gərək şah da olsa, nökər də olsa insanlığı yaddan çıxarmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol